Məhkəmə qərarları › İş №2(017)-1054/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1054/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1054/2025 25.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ərizəçi2 Vaqif oğlunun, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1 xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə baxışı zamanı Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuş və halhazırda da həmin kənddə yaşayır. Atası Ərizəçi2, X1dır. X1 02 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. Onlar ailədə üç bacı, bir qardaş olmuşlar. Valideynləri digər qardaş və bacılarına doğum haqqında şəhadətnamə alsalar da, ona doğum haqqında şəhadətnamə almamışlar. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi1 onun qızıdır. Ərizəçi1 xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuşdur. X5 02 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. X5 ilə birgə nikahlarında üç qız, bir oğlan uşaqları olmuşdur. Digər uşaqlara doğum haqqında şəhadətnamə alsalar da, Ərizəçi1 vaxtında doğum haqqında şəhadətnamə alınmamışlar. Hazırda Ərizəçi1 doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmişlər, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı ərizədə mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun həmkəndliləridir. Ərizəçi1 xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuşdur. Ərizəçi1 atası Ərizəçi2, X1dır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X4 şahid X3 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısınin Rəncbərlər kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 13 fevral 2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi1 xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuşdur və hal-hazırda da həmin kənddə yaşayır İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli məktubdan görünür ki, xx xxx 2003-cü ildə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuş Ərizəçi1 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısınin Rəncbərlər kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi üzrə 2002-2006-cı illər, rayon qeydiyyat şöbəsi üzrə 2000-2006-cı illər ilkin, 2004-2021-ci illər bərpa və “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Ərizəçi1 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından da göründüyü kimi Ərizəçi1 xx xxx 2003-cü ildə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan omuş, onun atası Ərizəçi2, anası isə X2r. Lakin, Ərizəçi1 bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi1 xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində doğulması faktı müəyyən edilməklə ərizə təmin edilməli, doğum haqqında akt qeydi kitabında adı «Nərmin», soyadı «Bayramova», atasının adı «Hüseyn», milliyyəti azərbaycanlı, valideynləri, atası-Ərizəçi2, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi1 xx xxx 2003-cü il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində doğulması faktı müəyyən edilsin, Ərizəçi1 doğum haqqında akt qeydi kitabında adı «Nərmin», soyadı «Bayramova», atasının adı «Hüseyn», milliyyəti azərbaycanlı, valideynləri, atası-Ərizəçi2, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar