Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1070/2023 31.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçi və digər Ərizəçi3 nümayəndəsi, qardaşı Ərizəçi1, Ərizəçi2 və Sadıqov Qasım Dünyamalı oğlunun vərəsəsi Ərizəçi4, Sadıqov Əbülfəz Dünyamalı oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2,Ərizəçi3 və X8 vərəsəsi Ərizəçi4 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X8 vərəsəsi Ərizəçi4 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi3 nümayəndəsi, qardaşı Ərizəçi1 izahat verərək göstərdi ki, mərhum X5na, mərhum anası X20, mərhum bacısı X6 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağcabədi rayonunun Gələbədin kəndi ərazisindən 4,38 hektar pay torpaq sahəsi verilmiş və bu barədə JN 0089 saylı, 60805018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Mərhum X5, anası X26 və bacısı X1 Əkbər Dünyamalı oğlu ilə birgə yaşamışlar. X32 17 may 2014-cü il tarixdə vəfat etdikdən sonra anasına verilmiş 0,73 hektar pay torpaq sahəsi qardaşı X3 istifadəsindədir. Mərhum atası Dünyamalı Sadıqova və mərhum bacısı X6 verilmiş 1.46 ha pay torpaq sahəsi isə Ərizəçi1 istifadəsindədir. Mərhum atasından, anasından və bacısından onlara ümumilikdə 2.19 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X5 29 avqust 1997-ci il tarixdə, anası X26 17 may 2014-cü il tarixdə və bacısı X10 15 fevral 2018-ci il tarixdə vəfat etmişlər. Atası, anası və bacısı vəfat etdikdən sonra onlardan qalan miras əmlakını nə o, nədə bacı-qardaşlarından heç kim öz adına sənədləşdirməmişlər. Həmin miras əmlakı sənədləşdirmək üçün vərəsələrlə birlikdə Ağcabədi regional «Asan Xidmət» mərkəzində Notariat ofisinə müraciət etmişlər. Onlara 17 mart 2023-cü il tarixli, 244, 245 və 246 saylı məktubla ölüm günündən altı aylıq müddət ərzində mirasın qəbulu üçün müraciət etməyi bildirilmiş və ona itirilmiş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edərək uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 və X8 vərəsəsi Ərizəçi4 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında X11 izahat verərək göstərdi ki, X5 29 avqust 1997-ci il tarixdə, anası X26 17 may 2014-cü il tarixdə və bacısı X10 15 fevral 2018-ci il tarixdə vəfat etmişlər. Onlardan qalan miras əmlak payından ona düşən hissəni istəyir. Maraqlı şəxs Ağcabədi regional «Asan Xidmət» Mərkəzində notariat ofisi məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmaını xahiş etmişdir. Məhkəmə ərizəçilərin və nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Ağcabədi rayon Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 29 avqust 1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi Regional «Asan Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 244 saylı məktubun məzmunundan görünür ki, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olan Ərizəçi1 29 avqust 1997-ci il tarixdə vəfat etmiş X5ndan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Ağcabədi Regional «Asan xidmət» Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 17 may 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi Regional «Asan Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 245 saylı məktubun məzmunundan görünür ki, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olan Ərizəçi1 17 may 2014-cü il tarixdə vəfat etmiş anası X16 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Ağcabədi Regional «Asan xidmət» Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Gələbədin kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 15 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi Regional «Asan Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 246 saylı məktubun məzmunundan görünür ki, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olan Ərizəçi1 15 fevral 2018-ci il tarixdə vəfat etmiş bacısı X2 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Ağcabədi Regional «Asan xidmət» Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli, 05/09İS/084133-23 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Gələbədin kənd sakini, 01 yanvar 1963-cü il təvəllüdlü X10 öldüyü 15 fevral 2018-ci il tarixədək subay olmuşdur. İş materiallarında olan Ağcabədi regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 13 yanvar 2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olan arvadı Ərizəçi4 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaşdövtexnəzarət müfəttişliyi tərəfindən verilmiş 26 noyabr 2000-ci il tarixli TŞ 4339 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 046888, mühərrikin nömrəsi D-240 və buraxılış ili 1987-ci il olan Traktor MTZ-80X markalı 09-47FU dövlət nömrə nişanlı nəqliyyat vasitəsi. İş materiallarında olan JN-0089 saylı, 60805018 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X14, X22, X7, X6, X12 və X18 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,38 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin iddiaçıya nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri iddiaçınin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1 və 1248.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, 29 avqust 1997-ci il tarixdə vəfat etmiş mərhum X9, 17 may 2014-cü il tarixdə vəfat etmiş mərhum X16 və 15 fevral 2018-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmışdır. Ərizəçi1 mərhum X13 və mərhum X19 oğlu və mərhum X4 qardaşı olmaqla birinci növbə vərəsəsidir. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X8 vərəsəsi X23 miras əmlakı faktiki qəbul etmiş, üzrlü səbəbdən notarius ofisinə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində ərizə verməmiş, ona görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X8 vərəsəsi X23 tərəfindən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notarius ofisinə müraciətin gecikdirilməsi üzrlü sayılmalı, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X8 vərəsəsi X23 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X8 vərəsəsi X23 tərəfindən 29 avqust 1997-ci il tarixdə vəfat etmiş mərhum X5ndan, 17 may 2014-cü il tarixdə vəfat etmiş mərhum anası X16 və 15 fevral 2018-ci il tarixdə vəfat etmiş mərhum bacısı X2 miras qalmış əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1070/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1070/2023
31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver