Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1083/2024 24.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmasını, X2, anası isə X9 olmasını, X2nun 05 dekabr 2020-ci il tarixdə anası X6 xx.xx.1967-ci il tarixdə vəfat etməsini, onun xx xxx 1959-cu il tarixdə anadan olmasına dair doğum haqqında şəhadətnaməsinin olmamasını, doğum haqqında şəhadətnamə əldə edə bilməməsini, müəyyən sənədləşdirnmə işləri aparmaq üçün aidiyyəti orqanlara müraciət edərkən onun doğum haqqında şəhadətnaməsinin tələb edilməsini, doğum haqqında şəhadətnamədən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət etməsini, müraciəti əsasında Qeydiyyat şöbəsində onu doğum haqqında akt qeydinin tapılmaması və ona doğum akt qeydinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən onun xx xxx 1959-cu il tarixdə anadan olmasını, valideynləri X8 atası və X9 anası və doğulduğu yer Ağcabədi rayonunun Hindarx qəsəbəsi olmasına dair hüquqi faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, marqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahat verərək göstərdi ki, Ərizəçi ilə eyni qəsəbədə yaşayırlar. Bəyoğlan xx.xx.1959-cu il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. X2 anası isə X7r və valideynləri hər ikisi vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, Ərizəçi ilə eyni qəsəbədə yaşayırlar. Bəyoğlan xx.xx.1959-cu il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. X2 anası isə X7r və valideynləri hər ikisi vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Onlar həmyaşıddırlar və bir yerdə böyüyüblər. X1 atası, X9 isə anasıdır və valideynləri hər ikisi vəfat etmişlər. İş materialarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, hazırda Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli, 3-16-5/8-15-T-1212/2023 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpası rayon Qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X9 01 iyun 1967-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, X8 05 dekbar 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxx 1959-cu i tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, X2, anası X7r. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçinin xx xxx 1959-cu il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğumu ilə bağlı doğum faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilərək qətnamə qəbul olunmalı və doğum akt qeydində adı Bəyoğlan, ata qrafasında atası kimi X12, ana qrafasında X9 olması nəzərə alınmaqla doğum faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydində xx xxx 1959-cu il adının Bəyoğlan, soyadının Tağıyev, valideynlərinin - ata qrafasında atası kimi X8 və anası kimi X9 və doğulduğu yer Ağcabədi rayonun Hindarx qəsəbəsi kimi qeyd edilməklə doğum faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1083/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1083/2024
24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver