Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1101/2023 24.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ağcabədi Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqına görə borcun ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ağcabədi Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqına görə borcun ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sədrlik edən bildirir ki, iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək, cavabdehlə mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərini, cavabdehə qarşı heç bir tələblərinin qalmamasını və işə xitam verilməsini xahiş edir. Sədrlik edən bildirir ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxır. Məhkəmə iddia tələbindən imtinaya dair iddiaçının ərizəsini müzakirə edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi... qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən ... iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə ... məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən hakim iş üzrə icraata iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddia tələbindən iddiaçının imtinası qanuna zidd olmadığına və digər şəxslərin hüquq və mənafelərini pozmadığına görə qəbul edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261- 263 -cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İddiaçı Ağcabədi Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqına görə borcun ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1101/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1101/2023
24.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver