Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1110/2023 19.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs X19 oğlunun nümayəndəsi, anası X4 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Aran kənd sakini X9 ilə 10 fevral 2020-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmasını, onların birgə nikahdan 15 dekabr 2020-ci il tarixdə ekiz - Əsma və Nəfəs adlı iki qız uşaqlarının olmasını, onlara doğum haqqında şəhadətnamə almamalarını, onlarn xəstəxanada deyil, evdə doğulması səbəbindən, sonradan ərinin Rusiya Federasiyasına getməsini, oda səhlənkarlıqdan və savadsız olduğundan uşaqlara doğum haqqında şəhadətnamənin alınmamasını, qızları Əsma və Nəfəsə doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün ondan tibbi-sənəd, yəni doğum haqqında həkim arayışı tələb edilməsini, lakin arayış ala bilməməsini göstərib, məhkəmədən ərizəsinin təmin edilməklə, qızları – X16 qızının və X2 15 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olması ilə bağlı doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə 22 may 2023-cü il tarixli, 3-16-5/8-13-529/2023 saylı məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında marqlı şəxs X3 nümayəndəsi, anası X12 izahat verərək göstərdi ki, X9 onun doğma oğludur. X27 Ərizəçi ilə 26 noyabr 2019-cu ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını isə 10 fevral 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 15 dekabr 2020-ci il tarixdə ekiz iki qız övladı doğulmuşdr. Oğlu Kərim hazırda Rusiya Federasiyasındadır. X1 ağrısı tutan zaman evdə kişi xeylağı olmadığından Əsməri xəstəxanaya apara bilmədilər. Həmin vaxt kəndlərindəki tibb məntəqəsində mamaça işləyən Şövkət Məmişovanı evə gətirərək onun köməyi ilə ev şəraitində iki ekiz qızı oldu. Səhlənkarlıqdan uşaqlara doğum haqqında şəhadətnamə götürə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək göstərdi ki, Ərizəçi əri X9 onun əmisi nəvəsidir. Əmisi nəvəsi Kərim Ərizəçi ilə 2019-cu ilin noyabr ayında ailə qurmuşlar. Oda Rusiy2a Federasiyasının Moskva şəhərində Kərim Nuralıyevlə bir yerdə ticarətlə məşğul olurnlar. Orada olan vaxt eşitmişdir ki, əmisi nəvəsi Kərimin ekiz qız övladları doğulmuşdur. Uşaqlar ev şəraitində doğulmuş və səhlənkarlıqdan onlara doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında X6 izahat verərək göstərdi ki, Ərizəçi onun yaxın qonşusudur. Əsmər ilə Kərimin toy məclisində iştirak etmişdir. 2020-ci ildə Əsmər ilə Kərimin birgə nikahlarında ekiz uşaqları olmuşdur. O, həmin doğuş zamanı kənd tibb məntəqəsində mamaça işləyən Şövkət ilə birgə orada iştirak etmişlər. Lakin səhlənkarlıqdan uşaqlara doğum haqqında şəhadətnamə almamışlar. İş materiallarında olan Ağcabədi rayon Avşar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X13 arasında nikah 10 fevral 2020-ci il tarixdə 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 3- 16-5/8-K-15-391/2023 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 8.5-ci bəndinə əsasən doğum faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (doğum haqqında həkim arayışı, doğum haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Doğum haqqında həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları»nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və 15 dekabr 2020-ci ildə doğulmuş əkiz qız övladların doğumu barədə akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi Avşar həkim məntəqəsi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 21, 22 saylı arayışlardan görünür ki, 15 dekabr 2020-ci il tarixdə anadan olmuş X14 və X10 tibbi müayinədən keçmiş və tam sağlamdırlar. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli aktdan görünür ki, Ağcabədi rayonunun Avşar kənd sakini Ərizəçi 15 dekabr 2020-ci il tarixdə iki ekiz qız övladı ev şəraitində doğulmuşdur. Hal-hazırda həmin uşaqların hər ikisi sağlamdır, valideynləri ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi əkiz qızları X15 və X11 15 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ev şəraitində anadan olmuş, onların doğumu ilə bağlı doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçinin əkiz uşaqlarının 15 dekabr 2020ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində doğumu ilə bağlı doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmalıdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi əkiz qızları X7 və X2 15 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində doğumunun qeydə alınması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Doğum akt qeydində valideynlərinin - ata qrafasında atası kimi X9 və anası kimi Ərizəçi olması qeyd edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1110/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1110/2023
19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver