Məhkəmə qərarları › İş №2(017)-1143/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1143/2024

21.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1143/2024 21.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ X4 Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Cavabdeh8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X1 Torpaq müsabiqə və hərrac komissiyasına qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə İddiaçı mülki işə baxan hakimə, məhkəmənin sədrinə edilmiş etiraza məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Ağcabədi rayon Hindarx bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Cavabdeh8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X1 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixində keçirilmiş və müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi Cavabdeh6 verilmiş torpaq müsabiqə və ya hərracın nəticələrinə dair HTM serialı 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ nömrəli ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsinə dair qətnamə çıxarılmasını və xüsusi qarardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı Abbasov X3 rayon Məhkəməsinə etiraz təqdim edərək, hakim və məhkəmənin sədri kimi Sulduz Ləzimova etiraz etdiyini bildirmiş və etirazını onunla əsaslandırmışdırlar ki, məhkəmə hazırlıq iclasları 10 iyun 2024-cü il tarixə və 22 iyun 2024-cü il tarixlərə təyin edilsə də, cavabdehlər Cavabdeh6 və onun əri, cavabdeh X2 üzrsüz səbəbdən məhkəmə hazırlıq iclaslarında iştrak etməmişlər. Lakin onların iştrakının vacib olmasına baxmayaraq hakim onların iştirakının təmin edilməsi üçün tədbir görməmişdir. Məhkəmə baxışı zamanı hakim tərəfindən prosessual qanun pozuntularına yol verilərək iddiaçı şəxs qisminə ona çıxış etmək imkanı verilməmiş və sözləri hakim tərəfindən qəsdən kəsildiyi üçün hesab edirki hakim işin nəticəsində maraqlıdır və cavabdehlərin vəkili kimi hərəkət edir. Hakim işin nəticəsində o qədər maraqlıdır ki, dövlətin qanuni maraqlarını da ayaq altına alır. Belə ki məhkəmə baxışı zamanı Cavabdeh6 bir gündə belə əmək fəaliyyəti ilə məşğul olmadan mübahisə predmeti olan bazarı almaq üçün rəsmən 180000 manat pul ödəyib. Həmin pulun mənbəyini müəyyən etmək üçün “Gəlir deklarasiyası haqqında” qanuna əsasən “Gəlir vergisi bəyannaməsi” məhkəməyə təqdim edilməlidir. Bununla bağlı vəsatət verərək İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə məhkəmə sorğusu göndərilməsini məhkəmədən xahiş etmiş, lakin hakim qəsdən vəsatəti təmin etməmişdir. Ona görə də bir vətəndaş olaraq etirazın qanuni və əsaslı olduğunu və mülki işə Ağcabədi rayon Məhkəməsində deyil, digər rayon məhkəməsində baxılması üçün verilmiş etirazın Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etirzaı müdafiə edərək təmin olunmasını məhkəmədn xahiş etdi. Məhkəmə İddiaçı fikirni dinləyib, sənədləri araşdırıb etiraz ərizəsini nəzərdən keçirib hesab edir ki, gələcəkdə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyi və qərəzsizliyi şübhə altına alınmaması üçün qanunvericiliyin tələbinə əsasən etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 127-ci maddəsinin 2-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi, məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 22, 22.5-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Cavabdeh8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X1 Torpaq müsabiqə və hərrac komissiyasına qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair mülki işə Ağcabədi rayon Məhkəməsinin sədri Ləzimov Sulduz Paşa oğlu tərəfindən baxılmasına İddiaçı tərəfindən verilən etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar