Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1174/2024 20.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X5 ilə X4 nikahından xx.xx.1956-cı il tarixdə Xankəndi şəhərinin Xocalı kəndində anadan olmuşdur. 1978-ci ilə kimi orada yaşamış, sonra Ağcabədi rayonuna köçmüşdür. Atası 2007-ci ildə, anası isə 2019-cu ildə ölmüşdür. Ona verilmiş doğum haqqında şəhadətnaməni qeyrimüəyyən şəraitdə itirmişdir. Xankəndi şəhərinin arxivi işğal altında qaldığı və əlaqələrin kəsilməsi səbəbindən onun doğumu haqqında akt qeydini bərpa etmək mümkün olmamışdır. Müəyyən sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. Ona görə də doğum akt qeydi arayışı üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədə də doğum akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də xx.xx.1956-cı il tarixdə Xankəndi şəhərinin Xocalı kəndində doğulmasına, X2, anası isə X9 olmasına dair hüquqi faktın müəyyən olunaraq doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. X1, anaları isə X9 olmuşdur. Atası 2007-ci ildə, anası isə 2019-cu ildə ölmüşdür. Məhkəmə iclasında şahid X10 şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xankəndi şəhərinin Xocalı kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi doğum haqqında məlumat aşkar olunmamışdır. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında müraciətinə baxılmış, onun doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İ 238912 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-cı il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xankəndi şəhərinin Xocalı kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayır. X2, anası isə X7r. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş, ona görə də Ərizəçi xx.xx.1956-cı il tarixdə Xankəndi şəhərinin Xocalı kəndində doğulması barədə akt qeydinin qeyd edilməsi və X2, anası isə X9 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı il tarixdə Xankəndi şəhərinin Xocalı kəndində doğulması barədə akt qeydinin qeyd edilməsi və X2, anası isə X9 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1174/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1174/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver