Məhkəmə qərarları › İş №2(017)-1188/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1188/2024

22.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1188/2024 22.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum arvadı X9 ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, Tahirə Piriyeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Arvadının anası X7 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. Arvadının doğum şəhadətnaməsində ana adı X2 yazılmışdır. Mərhum arvadı Tahirə Piriyeva ilə mərhum X3 qohumluğunu təsdiq edən sənəd olmadığına görə qalmış miras əmlakın qəbulu mümkün olmamışdır. Mərhum arvadı Tahirə Piriyeva mərhum X3 qızı olması barədə qohumluq faktı müəyyən olunmalıdır. Qohumluq faktının müəyyən olunması mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəməyə məktub göndərməmiş və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərdi ki, uzun illərdir ərizəçini və onun ailəsini yaxından tanıyır, həmkəndli, qohum və yaxın münasibətləri olduğuna görə tez-tez bir-birilərinə gedib gəlirlər. X1 Tahirə Cabbar qızının anasıdır. X7 xx.xx.2016-cı il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İV-jq seriyalı 467008 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Piriyeva soyadı verilmişdir. İş materiallarında olan İİ-ie 053889 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1961-ci il tarixdə doğulmuş, ana qrafasında X2 qeyd olunmuşdur. İş materiallarında olan və Ağcabədi RİHB-nın Yuxarı Qiyaməddinli kənd İƏD-si üzrə nümayəndəliyin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X7 xx.xx.2021-ci il tarixdə ölmüş X5 anasıdır. İş materiallarında olan AZ-İİ 159086 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 764360 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, ərizəçinin arvadı - xx.xx.2021-ci il tarixdə ölmüş X5 anası X4r və o, xx.xx.2016-cı il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X3 X5 anası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.2 və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 X5 anası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar