Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1193/2025 13.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan 11 iyul 2011-ci il tarixli 09 saylı nikah qeydinin pozulması və birgə nikahdan 06 noyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 05 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 246 manat, cəmi 492 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə 2009-cu ildə evlənib ailə həyatı quraraq 11 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 06 noyabr 2013-cü il tarixdə X3 və 05 yanvar 2017-ci il tarixdə X2 adlı iki nəfər uşaqları anadan olmuşdur və hal-hazırda da uşaqlar onun yanında yaşayırlar. Cavabdehlə aralarında yaranmış narazılıqlara görə ayrılmışlar və bu səbəbdən məhkəmədə cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmə tərəfindən barışıb ailəni bərpa etmələri üçün onlara 3 ay vaxt verilmiş, lakin onlar bu vaxt ərzində barışmamışlar və bundan sonra da barışaraq bir yerdə yaşamaları mümkün deyildir. Hazırda da iddia tələbinin aliment hissəsindən vaz keçir və Cavabdeh ilə aralarında olan nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2009-cu ildə evlənib ailə həyatı quraraq 11 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 noyabr 2013-cü il tarixdə X3 və 05 yanvar 2017ci il tarixdə X2 adlı iki nəfər uşaqları anadan olmuşdur və hal-hazırda da uşaqlar iddiaçının yanında yaşayırlar. İddiaçı ilə aralarında yaranmış narazılıqlara görə ayrılmışlar. Məhkəmə tərəfindən onlara barışıb ailəni bərpa etmələri üçün verilmiş 3 ay vaxt ərzində onlar barışmamışlar. Hazırda da iddiaçı ilə aralarında olan nikah qeydinin pozulmasına heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 11 iyul 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 09 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadənnamələrin surətindən görünür ki, X3 06 noyabr 2013-cü il tarixdə, X2 05 yanvar 2017-ci il tarixdə anadan olmuşlar və onların atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia aşağıda göstərilən qaydada təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İş materialları ilə müəyyən olundu ki, tərəflərə barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilmiş, lakin onlar bu müddət ərzində barışmamışlar və hazırda da iddiaçı Cavabdeh ilə aralarında olan nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. İş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 06 noyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 05 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaq iddiaçı-anası İddiaçı yanında yaşayır və ona görə də həmin uşaqların iddiaçı-anası İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 11 iyul 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 09 saylı nikah qeydi pozulmalı və tərəflərin birgə nikahından 06 noyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 05 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların iddiaçı-anası İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 11 iyul 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 09 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından 06 noyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 05 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların iddiaçı-anası İddiaçı yanında qalmaları müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1193/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1193/2025
13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver