Məhkəmə qərarları › İş №2(017)-12/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-12/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-12/2024 04.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı və iddiaçılar X5 və İddiaçı4 nümayəndəsi İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar X5 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən ona və ailə üzvlərinə 2,22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair onların adlarına JN 450 kod 60801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsindən sərbəst istifadə etmələrinə maneə olur və bildirir ki, həmin torpaq sahələri ona verilmişdir. Cavabdeh torpaq sahələrini özbaşına tutaraq, həmin torpaq sahəsini əkib-becərilməsinə onlara imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Torpaqdan çıxmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Cavabdeh onun istifadəsində olan torpağı özbaşına tutaraq istifadə edir, torpaq sahəsindən istifadəsinə maneələr yaradır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarına qəsd etmiş və ona verilmiş torpaqdan sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdehin törətdiyi maneələri ardan qaldırmaq mümkün olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda ona verilmiş torpaq sahəsindən sərbəst istifadə etmək istəyir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən onun sərbəst istifadə etməsinə maneçilik törədir. Ona görə də iddianın təmin edilərək cavabdehin ona və ailəsinə məxsus 2,22 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən istifadə üçün yaradılan maneələrin aradan qaldırılmasına və müdaxilənin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, onun öz torpaq sahəsi vardır və həmin torpaq sahəsindən istifadə edir. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hamısı deyil, bir hissəsi istifadə olunur. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 450 kod 60801004 nömrəli Dövlət aktının surətindən görünür ki, İddiaçı1 və ailə üzvlərinə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisindən 2,22 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 450 kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8218 nömrəli ekspert rəyindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN 450 kod 60801004 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətdə olan Ağcabədi şəhəri ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd olunan torpaq sahəsinin ölçüləri İddiaçı1 faktiki istifadəsində olan 0,81 ha torpaq sahəsinin ölçüləri ilə uyğun deyil. Ona görə də mülki işin içərisində olan “Torpağa Mülkiyyət Hüququna dair” JN 450 kod 60801004 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yer naturada müəyyən edilmişdir. Qeyd olunana torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən, bir hissəsi isə adları qərardada qeyd olunmayan digər şəxslər tərəfindən istifadə olunur. Eyni zamanda cavabdehə məxsus mülki işin içərisində olan “Torpağa Mülkiyyət Hüququna dair” JN 451 kod 60801004 nömrəli Dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 1,66 ha torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yer naturada müəyyən edilmişdir. Cavabdeh faktiki olaraq istifadə etdiyi mübahisəli ərazidə yerləşən 1,56 ha torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 450 kod 60801004 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətdə olan Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin 0,42 ha hissəsi Cavabdeh, 1,08 ha hissəsi adları qərardada qeyd olunmayan digər şəxslər tərəfindən istifadə olunur. Qeyd olunan torpaq sahəsinin 0,40 ha hissəsi isə qrunt sularının axıdılması məqsədilə həmin ərazidən çəkilmiş arxın ərazisi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 və ailə üzvlərinə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisindən 2,22 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına JN 450 kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 450 kod 60801004 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətdə olan Ağcabədi şəhəri ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd olunan torpaq sahəsinin ölçüləri İddiaçı1 faktiki istifadəsində olan 0,81 ha torpaq sahəsinin ölçüləri ilə uyğun deyil. Ona görə də mülki işin içərisində olan “Torpağa Mülkiyyət Hüququna dair” JN 450 kod 60801004 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yer naturada müəyyən edilmişdir. Qeyd olunana torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən, bir hissəsi isə adları qərardada qeyd olunmayan digər şəxslər tərəfindən istifadə olunur. Eyni zamanda cavabdehə məxsus mülki işin içərisində olan “Torpağa Mülkiyyət Hüququna dair” JN 451 kod 60801004 nömrəli Dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 1,66 ha torpaq sahəsinin yerquruluşu planına görə yerləşməli olduğu yer naturada müəyyən edilmişdir. Cavabdeh faktiki olaraq istifadə etdiyi mübahisəli ərazidə yerləşən 1,56 ha torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 450 kod 60801004 nömrəli Dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətdə olan Ağcabədi şəhəri keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin 0,42 ha hissəsi Cavabdeh, 1,08 ha hissəsi adları qərardada qeyd olunmayan digər şəxslər tərəfindən istifadə olunur. Qeyd olunan torpaq sahəsinin 0,40 ha hissəsi isə qrunt sularının axıdılması məqsədilə həmin ərazidən çəkilmiş arxın ərazisi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Tərəflər arasında mübahisəli torpaq sahəsinə dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,42 ha hissəsindən istifadə hüquqlarına qəsd etmiş və mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, Dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə edilən müdaxilələr qadağan edilməli və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-779/2023 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 107 manat məbləğində pul İddiaçı1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 107 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Əkbərov X4 mülkiyyət hüququna dair JN 450 kod 60801004 nömrəli dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri, keçmiş Ü.Hacıbəyov adına kolxozun ərazisində yerləşən 2,22 ha torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılsın. Həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılsın və torpaq sahəsinə edilən müdaxilələr Cavabdeh qadağan edilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 107 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4n ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar