Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1203/2023 05.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mülki iş üzrə ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, işi məhkəmədən kənar qaydada həll etmək istədiyini bildirir. Ona görə də hazırkı vəziyyətdə işə baxılmamasını, ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 4.1, 170.1 və 263-264, 267-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Ərizə təmin edilsin. Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1203/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1203/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver