Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1206/2023 04.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, ərizəçi X4 iştirakı ilə X4 şəxsin ölmüş elan olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X7 X1nun ölmüş elan olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəsini müdafiə edərək bildirdi ki, X5 onun atasıdır, atası 04 may 1947-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuşdur. X2 X9 ilə olan nikahlarından doğulmuş, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Aran kəndində yaşamışlar. X1 1998-ci ildə yaşadıqları Aran kəndində yerləşən evdən çıxıb getmiş bir daha geri qayıtmamışdır. Atasının itkin düşməsi barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunmuş axtarış işi açılmış, lakin axtarışların heç bir nəticəsi olmamışdır. Atasının itkin düşməsindən 25 ildən çox vaxt keçmişdir. Hazırda vərəsəliklə əlaqədar X2 itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi faktının müəyyən olunması tələb olunur. Çünki X1nun ölüm şəhadətnaməsinin olmaması müəyyən işlərdə sənədləşmə aparılmasına maneçilik yaradır. Ona görə də X1nun ölmüş elan olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, ərizəçi Rakif Həsənalıyev onun yaxın qohumudur. Rakifin X1 onun əmisi oğludur. Sonuncu 1998-ci ildə yaşadığı evdən çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Harada olması barədə onlarda heç bir məlumat yoxdur. Bu barədə müxtəlif qurumlara müraciət olunmuş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 şahid X6 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1976-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. X1, anası X3 yazılmışdır. İş materiallarına əlavə edilmiş Xİ-jq 650734 nömrəli (köhnə sovet pasportu) pasportun surətindən görünür ki, X5 04 may 1947-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1947-ci il tarixdə anadan olmuş X5 1998-ci il tarixdə yaşadığı evdən gedərək bir daha geri qayıtmadığı barədə araşdırma aparılmış və verilmiş qərara əsasən onun barəsində Ağcabədi rayon polis şöbəsində qohumluq əlaqəsini itirdiyi üçün 230531/21 nömrəli axtarış işi açılmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Aşağı Avşar kənd İƏDsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 105 nömrəli arayışından görünür ki, X5 1998-ci ildən çıxıb getmiş və geri qayıtmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci və 41.3-cü maddəsində göstərilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, 04 may 1947-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuş X5 1998-ci ildən evdən çıxıb getdiyi və bir daha geri qayıtmadığı tarixdən 25 ildən artıq vaxt keçir və onun məhkəmə qaydasında ölmüş elan edilməsi qüvvədə olan qanunvericiliyə və mövcud şəraitə uyğun olduğundan ərizəçinin tələbini məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.3 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 04 may 1947-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuş X5 ölmüş elan olunsun, qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1206/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1206/2023
04.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver