Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1218/2023 04.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X5 ilə X3 nikahlarından 1961-ci ildə Ağcabədi rayonunun Şahsevən kəndində doğulmuşdur. X2 xx.xx.1962-ci ildə, anası X6 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. Ağcabədi rayonunun Şahsevən kəndində anasından torpaq sahəsi miras qalmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığına görə anası X6 olması barədə qohumluq faktı müəyyən olunmalıdır. Qohumluq faktının müəyyən olunması anasından qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərdi ki, uzun illərdir ərizəçini və onun ailəsini yaxından tanıyır, həmkəndli və yaxın münasibətləri olduğuna görə tez-tez bir-birilərinə gedib gəlirlər. X1 Rüstəm Zülfiqar oğlunun anasıdır. X6 vəfat edənə kimi ərizəçinin yanında yaşamış, xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunun Şahsevən kəndində vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid X8 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1961-ci ildə doğulmuşdur, Ağcabədi rayonunun Şahsevən kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi RİHB-nın Şahsevən kənd İƏD-si üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağcabədi rayonunun Şahsevən kəndində yaşamış X5 ilə X6 evli olmuş və həmin evlilikdən 1961-ci ildə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1962-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 120981 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunun Şahsevən kəndində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs1 verdiyi arayışından görünür ki, Ağcabədi rayonu üzrə Ərizəçi Maraqlı şəxs1ndə və Maraqlı şəxs1 arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, ərizəçinin anası X4r və o, xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunun Şahsevən kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X3 Ərizəçi anası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 Ərizəçi anası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1218/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1218/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver