Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1231/2025 17.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15, Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X2 vəfatından sonra miras qalmış Ağcabədi rayonunun Poladlı kəndində yerləşən 1,9572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının miras əmlak kimi tam olaraq X3 tərəfindən qəbul edilməsi, X3nun vəfatından sonra onun ümumi mülkiyyətdəki payının və onun miras əmlak kimi qəbul etdiyi mərhum X8 miras qalmış payının miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, X10 ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında ona, yəni Ərizəçi, X11, X7 və Maraqlı şəxs6 Ağcabədi rayonunun Poladlı kəndi ərazisindən 1,9572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına daşınmaz əmlakın reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qayınanası mərhum X13 onlarla birlikdə yaşamış, xx.xx.2008-ci il tarixdə vəfat etmiş, ölümündən sonra ondan miras qalmış 0,4893 ha torpaq sahəsi oğlu mərhum Şıxəli Mustafayev tərəfindən faktiki qəbul olunaraq istifadə olunmuş, lakin adına sənədləşdirməmişdir. X2 digər vərəsələri nə notariat qaydasında, nə də faktiki olaraq mirası qəbul etməmişlər. Əri X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bundan sonra miras əmlak faktiki olaraq onun tərəfindən qəbul olunaraq idarə və istifadə edilmişdir. Sözügedən pay torpaq sahəsindən verildiyi vaxtdan bu günədək istifadə etmişdir. Yuxarıda qeyd etdiyi kimi qaynanası vəfat etdikdən sonra ondan qalan mirası həyat yoldaşı mərhum Şıxəli Mustafayev, sonuncunun vəfatından sonra isə sözügedən torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul edilmişdir. Faktiki olaraq torpaq sahəsindən istifadə edib ona sahiblik etməklə mirası bütünlükdə idarə etmiş, lakin qanunla müəyyən edilmiş qaydada öz adına sənədləşdirməmişdir. Ona görə də miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs8 izahatında göstərdi ki, atasının ölümündən sonra ondan miras qalmış torpaq sahəsi anası Ərizəçi tərəfindən faktiki qəbul olunaraq istifadə edilir. Həmin miras əmlak digər vərəsələr tərəfindən qəbul olunmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs7 da eyni məzmunlu izahat verərək Maraqlı şəxs8 izahatında göstərdiklərini bir daha təsdiq etdi. Maraqlı şəxslər: Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1,9572 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi, X13, X10 və Maraqlı şəxs6 məxsusdur. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində ölmüşdür. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi rayon İHB-nın Poladlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 106 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 vərəsələri: uşaqları - Maraqlı şəxs1, Maraqlı şəxs2, X10, Əliyeva (Mustafayeva) Təzəgül Mustafa qızı, Hüseynova (Mustafayeva) Səringül Mustafa qızı, X6 və Maraqlı şəxs4dır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi rayon İHB-nın Poladlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 105 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: arvadı Ərizəçi, uşaqları - Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs8dur. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində ölmüşdür. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında Vİ-JQ 343550 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 nikahları xx.xx.1993-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi rayon Sarıcalı bələdiyyəsinin verdiyi xx.xx.2025-ci il tarixli 01 nömrəli arayışın və xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 vəfatından sonra onun ümumi torpaqdakı payı X3 tərəfindən qəbul olunmuş, onun və ailə üzvlərinin istifadəsində olmuşdur. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, miras qalmış torpaq sahəsi Ərizəçi tərəfindən qəbul olunmuş, həmin torpaq sahəsi sonuncunun istifadəsində olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs7, Maraqlı şəxs8 və Maraqlı şəxs6 məhkəməyə ərizə göndərərək bildirmişlər ki, mərhum X8 Ağcabədi rayonunun Poladlı kəndi ərazisində miras qalmış torpaq sahəsi 2008-ci ildən X10 tərəfindən faktiki qəbul olunmuş, ,Şıxəlinin ölümündən sonra isə həyat yoldaşı Ərizəçi tərəfindən qəbul olunaraq istifadə edilir. Həmin torpaq sahəsi ilə bağlı heç bir iddiaları yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1,9572 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi, X13, X10 və Maraqlı şəxs6 məxsusdur. X13 xx.xx.2008-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində ölmüşdür. X9 ölümündən sonra miras qalmış 0,4893 ha pay torpaq sahəsini onun qanun üzrə vərəsəsi X10 faktiki olaraq qəbul etmiş, lakin adına qeydiyyata aldırmamış, X10 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində ölmüşdür. Ondan miras qalmış kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,9786 ha pay torpaq sahəsini qanun üzrə vərəsəsi Ərizəçi faktiki olaraq qəbul etmişdir. Digər vərəsələr tərəfindən mirasın qəbulu ilə bağlı nə notariusa müraciət olunmuş, nədə faktiki olaraq miras qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X3nun qanun üzrə vərəsəsi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: X1 miras qalmış - daşınmaz əmlakın reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən 1,9572 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,9786 ha (mərhum X8 miras qalmış və X3 tərəfindən faktiki olaraq qəbul olunmuş 0,4893 ha torpaq sahəsi ilə birlikdə) hissəsinin qanun üzrə vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1231/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1231/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver