Məhkəmə qərarları › İş №2(017)-1255/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1255/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1255/2025 19.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 onun bacısı olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X3 onun bacısıdır. X2 xx.xx.1947-ci il tarixdə anadan olmuş, xx.xx.2013-cü il tarixdə isə ölmüşdür. Bacısı Pakizə övladı olmadığı üçün boşanmışdır. Bacısı Pakizədən torpaq sahəsi miras qalmışdır. Miras qalmış tarpaq sahəsinə X11 şəhadətnamə əldə etmək üçün notariat ofisinə müraciət etmiş, lakin Pakizənin bacısı olmasının müəyyənləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Mərhum X1 doğma bacısıdır. Onların atası onun müəllimi olmuşdur. X8 xx.xx.1947-ci il tarixdə anadan olmuş, xx.xx.2013-cü il tarixdə isə ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Mərhum X1 doğma bacısıdır. Göyərçin gil 7 uşaq olublar. X8 xx.xx.1947-ci il tarixdə anadan olmuş, xx.xx.2013-cü il tarixdə isə ölmüşdür. Pakizənin övladı olmadığı üçün başanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2013-cü il tarixədək subay olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 04 oktyabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2025-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, X4 mülkiyyətində Ağcabədi şəhəri Ə.Şıxlınski küçəsi 8-də yerləşən 0.0733 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Qeydiyyat Şöbəsibin 06 avqust 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi 18 sentyabr 1977-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur və onun atası X15, anası X6r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Ağcabədi rayonu Dövlət Notariat ofisi tərəfindən verilmiş 05 avqust 2008-ci il tarixli, 2V-76 saylı Qanun üzrə X11 Şəhadətnamənin həqiqətən xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmiş X8 ilə bağlı verildiyinin müəyyən edilməsi üçün rayon məhkəməsinı müraciət edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxx 1950-ci il tarixdə anadan olmuşdur. X8 onun doğma bacısı olmuşdur. Ərizəçinin X2 xx.xx.1947-ci il tarixdə anadan olmuş, xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hazırda da göstərilən uyğunsuzluqlara görə ərizəçi bacısından miras qalmış əmlaka Qanun üzrə X11 Şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X4 Ərizəçi bacısı olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 Ərizəçi bacısı olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar