Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1307/2025 09.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının qeyd edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının qeyd edilməsinə ərizə ilə müraciət edərək xx.xx.1961-ci il tarixdə Xocavənd rayonu Qurabatqın kəndində anadan olması, atası X9, anasının X4 olması, qardaşlarının X5, X1 Allahverdi Ədil oğlu və bacısı X7 olmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən verilmiş ərizədə maraqlı şəxsin qeydiyyatda olduğu ünvan və ərizə üzrə tələbi konkret olaraq göstərilməmişdir. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının qeyd edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1307/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1307/2025
09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver