Məhkəmə qərarları › İş №2(017)-133/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-133/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-133/2024 15.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X7 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun anasıdır. X2 ərizəçinin anasıdır. Ərizəçinin anası 15 may 1999-cu il tarixdə vəfat etmişdir. Ərizəçiyə və digər ailə üzvlərinin mülkiyyətində 2,1070 və 0,48 ha torpaq sahələri vardır və bu barədə onlara Daşımaz Əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Anasının vəfatından sonra ərizəçi anasından miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət etsə də, ərizəçidən doğum haqqında şəhadətnaməsi olmadığından, ərizəçidən mərhum anası X11 ilə aralarında qohumluq münasibətlərinin olması faktının təsdiqi barədə qətnamə tələb edilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq X8 ərizəçinin anası olması və ərizəçi ilə qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır. X2 onun bibisidir. X3 vəfat edənə kimi eyni təsərrüfatda olmaqla Ərizəçi ilə bir yerdə yaşamış, 15 may 1999-cu il tarixdə Ağcabədi rayonunda vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 şahid- X9 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, X11 və digər ailə üzvlərinin mülkiyyətində 2,1070 və 0,48 ha torpaq sahələri vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Qeydiyyat Şöbəsibin 13 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 may 1999-cu il tarixdə vəfat etmiş, onun, soyadı, adı və ata adı X4 qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi 1948-ci il tarixdə anadan olmuşdur. X11 onun anası olmuşdur. Ərizəçinin anası X11 15 may 1999-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 15 may 1999-cu il tarixdə vəfat etmiş X8 Ərizəçi anası olması, yəni qohumluq faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 15 may 1999-cu il tarixdə vəfat etmiş X11 Ərizəçi anası olması, yəni qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar