Məhkəmə qərarları › İş №2(017)-1337/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1337/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1337/2024 20.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum X9 onun nənəsi, yəni mərhum atası X3 anası olmuşdur. Nənəsi ölənə kimi Ağcabədi rayonunun Hacıbədəlli kəndində atası və onunla birlikdə bir təsərrüfatda yaşamışdır. X9 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Nənəsi onlarla birlikdə ailənin üzvü kimi yaşadığından Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə 3,82 ha torpaq sahəsi verilmişdir. Nənəsindən qalmış miras torpağın rəsmiləşdirilməsi və vərəsə kimi vərəsəlik şəhadətnaməsi əldə etmək üçün Ağcabədi rayon Notariat Kontoruna müraciət etmiş, X6 atası X3 anası olması barədə sənəd tələb olunmuşdur. Tələb olunan sənədi əldə etmək üçün Ağcabədi rayon Dövlət Arxivinə müraciət etmiş, lakin ona atasının doğum akt qeydinin tapılmaması barədə arayış təqdim olunmuşdur. Ona görə də ona və ailə üzvlərinə verilmiş pay torpaq sahələrinin mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilməsi üçün, mərhum nənəsi Fatmanın vərəsəsi hesab edilməsinə görə X6 atası X3 anası qohumluq münasibətinin olması faktı müəyyən edilməsi zəruridir. X1 onun atasının anası olması və vəfat edənədək onunla bir təsərrüfatda yaşaması və onun ailə üzvü olması Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd icra nümayəndəliyinin arayışı və şahidlərin ifadəsi ilə də təsdiq olunur. Qohumluq faktının müəyyən olunması nənəsindən qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçini və onun ailəsini yaxından tanıyır. X15 ərizəçinin atası X3 anası olmuşdur. X9 ölənə kimi eyni təsərrüfatda olmaqla oğlu Hüseynlə bir yerdə nəvəsi Ərizəçi yanında yaşamış, xx.xx.2011-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X11 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə doğulmuşdur, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan Vİİ-jq seriyalı 375408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə doğulmuş, atası X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş X9 xx.xx.2016-cı il tarixdə ölmüş X3 anasıdır. X9 ölənə kimi oğlu X7 ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşamışdır. İş materiallarında olan Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində X9 və ailə üzvlərinə 3,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AZ-İ 788948 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ-İİ 424168 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-P-581/2024 nömrəli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 doğum haqqında məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi atası mərhum X7 X1 oğlu olmuşdur. X9 xx.xx.2011-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmiş, vəfat etdiyi günə kimi oğlu X3 təsərrüfatında yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X6 X3 anası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmiş X6 xx.xx.2016-cı il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmiş X3 anası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar