Məhkəmə qərarları › İş №2(017)-1374/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1374/2023

25.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1374/2023 25.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili və nümayəndəsi, 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaşı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 08 aprel N017-ci il tarixdə bağlanmış fərdi əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hırbi Hissəsində komanda məntəqəsinin ekspeditoru vəzifəsinə təyin edilmiş, Hərbi Hissə komandirinin 10 aprel N018-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin mənzil-istismar xidmətinin mühasibi vəzifəsinə keçirilmiş və 08 noyabr N019-cu il tarixli, N saylı əmrlə hərbi hissənin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə keçirilmişdir. Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir və hesab edir ki, həmin əmr ləğv olunmalıdır. Belə ki, N3 fevral N0N3cü il tarixdə işdə olduğu zaman səhhətinin pisləşməsi səbəbindən ərizə yazıb iş yoldaşı X3 vermiş və saat 09-30 radələrində hərbi hissənin ərazisini tərk etmişdir. Ümid Qaraşov da həmin ərizəni nizami hissəyə təhvil vermişdir. Lakin, hərbi hissə komandiri ərizəyə imza etməyərək ona iki günlük icazə verməmiş və bir günlük izazə verilməsi barədə ərizə yazmasını bildirmişdir. Bu barədə Ümid Qaraşov günün sonunda ona məlumat vermiş və o da Ümid Qaraşovdan onun adından ərizə yazmağı və nizami hissəyə təhvil verməyi xahiş etmişdir. N4 fevral N0N3-cü il tarixdə hərbi hissənin təhqiqatçısı onunla telefon əlaqəsi saxlayaraq icazə almadan və raport vermədən hərbi hissənin ərazisini tərk etməsini bildirmişdir. Bundan sonra Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərdiyi kimi o, xəstəliyi ilə əlaqədar Hərbi Hissənin ərazisini tərk etmişdir. Ona görə də, göstərdiklərini və himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailənin yeganə qazancgətirəni olmasını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hırbi Hissədən tutularaq “Qarabağ Dirçəliş” Fonduna və yaxud “Yaşat” Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi, 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hırbi Hissədən tutularaq “Qarabağ Dirçəliş” Fonduna və yaxud “Yaşat” Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı N3 fevral N0N3-cü il tarixdə hərbi hissə komandirinin icazəsi olmadan hərbi hissəni təxminən saat 09:30-10:30 radələrində özbaşına tərk etmiş və tərk edərkən bu barədə heç kimə məlumat verməmişdir. Hərbi hissə komandirinin icazə vermədiyini bilməsindən sonra N4 fevral N0N3-cü il tarixdə saat 09:00 radələrində adından icazə raportu yazmasını və öz adından imzalayaraq 991 saylı Hırbi Hissənin komandirinə təqdim edilməsi üçün 991 saylı Hırbi Hissənin maddi-texniki təminat bölməsində mühasib vəzifəsində işləyən X3 müraciət etmişdir. Aparılan gündəlik yoxlama zamanı aşkar edilmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etmiş, N4 fevral N0N3-cü il tarixdə isə iş yerinə gəlməmişdir. N4 fevral N0N3-cü il tarixdə hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi bir neçə hərbi qulluqçu və mülki işçinin şahidliyi ilə İddiaçı zəng edərkən İddiaçı heç kimə məlumat vermədən hərbi hissəni tərk etməsini etiraf etmişdir. Ümumiyyətlə İddiaçı iki gün ərzində işdə olmamışdır. Bununla əlaqədar N7 fevral N0N3-cü il tarixdə araşdırma aparılması üçün İddiaçı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə izahat verilməsi üçün dəvət edilərkən İddiaçı emosiyalarına hakim olmayaraq səs-küy salmış, etiraz etmiş və N7 fevral N0N3-cü il tarixdə saat 10:30 radələrində hərbi hissəni təkrarən özbaşına tərk etmişdir. Ümumiyyətlə İddiaçı dəfələrlə əmək vəzifələrini kobud surətdə pozmuşdur. Belə ki, İddiaçı məxfiçilik rejiminin pozulmaması və dövlət təhlükəsizliyinin qorunması məqsədilə qadağan edilmiş filəşkart aşkar edilmişdir. Həmçinin İddiaçı təhkim edilmiş metal möhürü itirməklə əmək fəaliyyəti üzrə kobud səhvə yol vermişdir. Bundan başqa, İddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirsə də, hərbi hissədə fəaliyyət göstərən tibb məntəqəsinə də müraciət edə bilərdi. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hırbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də, iddianı əsassız hesab edir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş N4 fevral N0N3-cü il tarixli raportun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə icazəsiz iş yerini tərk etmiş və N4 fevral N0N3-cü il tarixdə iş yerinə gəlməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş N7 fevral N0N3-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə Hərbi Hissənin ərazisini özbaşına tərk etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinin N7 fevral N0N3-cü il tarixli 4 saylı protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsi komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən N7 fevral N0N3-cü il tarixdən xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə icazəsiz, özbaşına iş yerini (Hərbi Hissənin ərazisini) tərk etmiş və N4 fevral N0N3-cü il tarixdə iş yerinə gəlməmişdir. Bununla əlaqədar aktlar tərtib edilmiş və müvafiq araşdırma aparılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsi tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən işdən azad olunması məsələsinə baxılaraq təklifin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən N7 fevral N0N3-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsi komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən N7 fevral N0N3-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 7N-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən müvafiq həmkarlar ittifaqı təşkilatının razılığı qabaqcadan alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.N-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunveriliciyin öyrənilən normalarının tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, zəruri sübutları əldə etmək imkanı olmadıqda isə həmin sübutları əldə etmək barədə vəsatətlə məhkəməyə müraciət etməlidir. Lakin, iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, cavabdehin təqdim etdiyi sübutların mötəbərliliyini mübahisələndirməmiş, cavabdeh isə öz etirazının əsası kini istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissənin komandirinin N7 fevral N0N3cü il tarixli, 68 saylı əmrinin qanunsuz olmasını və xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirməklə kifayətlənmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin qanuni olduğunu sübuta yetirmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirərək məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06 fevral N0N3-cü il tarixli və 08 fevral N0N3-cü il tarixli tövsiyyə vərəqələrini təqdim etsə də, məhkəmə həmin sənədləri sübut növü kimi qəbul etmir. Belə ki, həmin sənədlər İddiaçı hərbi hissəni icazəsiz tərk etməzdən əvvəl tərtib olunmuşdur. Həmçinin İddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissədə fəaliyyət göstərən tibb məntəqəsinə də müraciət etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni və əsaslı, habelə mahiyyəti üzrə düzgün olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilməlidir. İşdə olan 18 aprel N0N3-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cəbrayıl 1 saylı mediasiya təşkilatına 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N16-NN0, NN7, 358-360 və 36N-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Cəbrayıl 1 saylı mediasiya təşkilatına ödənilmiş 50 (əlli) manat rüsum İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar