Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1392/2023 27.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atası X13 1942-ci ildə Qərbi Azərbaycanda doğulmuşdur. Lakin 1951-ci ildə Ağcabədi rayon, Hacıbədəlli kəndinə köçmüşdür. Atası 03 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Atasının qardaşı, yəni X2 ölənə kimi Ağcabədi rayonunda onlarla birlikdə bir təsərrüfatda yaşamışdır. X2 01 fevral 2012-ci il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Əmisi Nəriman atası ilə birlikdə ailənin üzvü kimi yaşadığından Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 28 mart 2023-cü il tarixli mülkiyyət hüququna dair çıxarış da verilmiş, həmin çıxarışda torpağın mülkiyyətçisi kimi 8 nəfərin, o cümlədən atası X5 və X2nun da adı qeyd edilmişdir. Atasının və əmisinin vəfatından sonra onlardan miras qalmış torpağın rəsmiləşdirilməsi və vərəsə kimi vərəsəlik şəhadətnaməsi əldə etmək üçün Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə müraciət etmiş, Nərimanın onun əmisi və atası X5 da Nərimanın qardaşı olması barədə sənəd tələb olunmuşdur. Tələb olunan sənədi əldə etmək üçün Ağcabədi rayon Dövlət Arxivinə müraciət etmiş, lakin ona anasının doğum akt qeydinin tapılmaması barədə arayış təqdim olunmuşdur. Ona görə də ona və ailə üzvlərinə verilmiş pay torpaq sahələrinin mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilməsi üçün, mərhum əmisi Nərimanın onun əmisi və mərhum atası X5 da Nərimanın qardaşı olması faktının müəyyən edilməsi və onlar arasında qohumluq münasibətinin olması faktı müəyyən edilməsi zəruridir. Göstərdiklərini nəzərə alaraq X4 onun əmisi olması və onunla qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Ağcabədi rayon Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəməyə məktub göndərmiş və onların iştirakı işə olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. X1 ərizəçinin əmisi və mərhum X5 qardaşı olmuşdur. X8 ölənə kimi qardaşı X5 yanında yaşamış, 01 fevral 2012-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X15 şahid X9 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə doğulmuş və Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 mart 2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Hacəbədəlli kəndi ərazisində Ərizəçi, X5, X10, X11, X3, X6, X12 və X4 ümumi birgə mülkiyyətində 0,5714 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 oktyabr 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 03 fevral 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 fevral il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 fevral 2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 mart 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 doğum haqqında məlumat aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını müəyyən edir. İş materiallarından göründüyü kimi, X8 Ərizəçi əmisi olmaqla X5 qardaşıdır. X8 01 fevral 2012-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində vəfat etmiş, vəfat etdiyi günə kimi qardaşı X13 və Ərizəçi ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, 01 fevral 2012-ci il tarixdə vəfat etmiş X8 03 fevral 2016-cı il tarixdə vəfat etmiş X5 qardaşı və Ərizəçi əmisi olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 01 fevral 2012-ci il tarixdə vəfat etmiş X8 03 fevral 2016-cı il tarixdə vəfat etmiş X5 qardaşı və Ərizəçi əmisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1392/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1392/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver