Məhkəmə qərarları › İş №2(017)-143/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-143/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-143/2025 27.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi xx xxxxxx 1942-ci il tarixdə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnaməsində ata qrafasında X2, ana qrafasında X5 qeyd olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1942-ci il tarixdə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnaməsində ata qrafasında X2, ana qrafasında X5 qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1942-ci il tarixində Ermənistanın Respublikasının Verdi rayonunun Afşar kəndində anadan oİmuşdur. X1, anası X5 olmuşdur. 1951-ci ildə Ermənistan Respublikasından ailəsi ilə birgə Ağcabədi rayonunun Hacıbədəlli kəndinə deportasiya olunmuş və həmin vaxtdan həmin kənddə yaşayır. Məlum hadisələrlə əlaqədar deportasiya olunrkən doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Ona görə də, göstərdiklərini nəzərə alaraq əriəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də məhkəməyə ünvanladığı məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi xx xxxxxx 1942-ci il tarixdə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində anadan olmuş və 1951-ci ildə ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndinə deportasiya olunmuş və həmin vaxtdan da həmin kənddə yaşayır. Sonradan ona məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi deportasiya olunarkən Ermənistan Respublikasında qalmışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X9 şahid X3 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1942-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1942-ci il tarixdə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində anadan olmuş və 1951-ci ildə ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndinə deportasiya olunmuş və o vaxtdan həmin kənddə yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asam Xidmət” X7 tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılırdı. Ermənistan Respublikası ilə əlaqə olmadığından doğum haqqında kt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi xx xxxxxx 1942-ci ildə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğulmuş və onun doğumu Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində qeydə alınmışdır. Doğum haqqında akt qeydində ərizəçinin anası qismində X5, atası qismində isə anasının sözləri və soyadı ilə X2 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, Ərizəçi 1951-ci ildə ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndinə deportasiya olunarkən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Hazırda Ərizəçi həmin şəhadətnaməsinin harada olması bilinmir və Ermənistan Respublikası ilə əlaqə olmadığından doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1942-ci il tarixdə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi atası qismində X2, anası qismində X5 göstərilməklə, xx xxxxxx 1942-ci ildə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğulması barədə Ərizəçi adına şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1942-ci ildə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi atası qismində X2, anası qismində X5 göstərilməklə, xx xxxxxx 1942-ci ildə Ermənistan Respublikasının Verdi rayonunun Afşar kəndində doğulması barədə Ərizəçi adına şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar