Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-147/2025 07.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdeh Azərbaycan Dövlət Su X1 Regional Su Meliorasiya Xidməti Publik X9 X4 İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsi tərəfindən qəbul edilmiş işdən çıxarılma əmrinin ləğv edilməsi, Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinə əvvəlki işinə bərpa edilməsi və işə bərpa olunduğu günə qədər ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki işin məhkəmə iclası 07 aprel 2025-ci il tarixə, saat 09:45-ə Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinin nümayəndəsi Nümayəndə1 isə məhkəmə iclasında iştirak etsə də, işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh və onun vəkili isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı 124 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263 və 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinə qarşı Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsi tərəfindən qəbul edilmiş işdən çıxarılma əmrinin ləğv edilməsi, Azərbaycan Dövlət Su X1 X7 Xidməti Publik X9 Su X2 İdarəsinə əvvəlki işinə bərpa edilməsi və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi baxlmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-147/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-147/2025
07.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver