Məhkəmə qərarları › İş №2(017)-1480/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1480/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1480/2023 28.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində Cavabdeh 13 iyun 2022-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək illik 26 faizlə ödəmək şərtilə 8.000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən göstərilən məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin "xxxx" X4 Səhmdar Cəmiyyətinə 7.703 manat 58 qəpik məbləğində əsas, 1.619 manat 95 qəpik məbləgində faiz borcu, 58 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 9.381 manat 91 qəpik məbləğində borcunun yaranmasını, bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borclu olduğu məbləği ödəməməsini göstərib, iddia tələbinin təmin edilməklə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 7.703 manat 58 qəpik məbləğində əsas, 1.619 manat 95 qəpik məbləgində faiz borcu, 58 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 9.381 manat 91 qəpik məbləğində borcun və ödənilmiş 114 manat 22 qəpik məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasınn vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 -ci maddəsinin tələblərinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış bank xidmətlərinə dair 01U/21 saylı ümumi ofertasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh 13 iyun 2022-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək illik 26 faizlə ödəmək şərtilə 8.000 manat məbləğində kreit xətti açılmışdır. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 7960nkSUMb/22 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 7.703 manat 58 qəpik məbləğində əsas, 1.619 manat 95 qəpik məbləgində faiz borcu, 58 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 9.381 manat 91 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbi pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 7.703 manat 58 qəpik məbləğində əsas, 1.619 manat 95 qəpik məbləgində faiz borcu, 58 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 9.381 manat 91 qəpik məbləğində borc və ödənilmiş 114 manat 22 qəpik məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 114 manat 22 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 7.703 manat 58 qəpik məbləğində əsas, 1.619 manat 95 qəpik məbləgində faiz borcu, 58 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 9.381 manat 91 qəpik məbləğində borc və ödənilmiş 114 manat 22 qəpik məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar