Məhkəmə qərarları › İş №2(017)-1488/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1488/2024

27.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1488/2024 27.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı və onun vəkili Nümayəndə, cavabdehlər: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh3 və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “Ağcabədi rayon Kooperativ Cəmiyyətinin adına yazılmış xx.xx.2010-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Ağcabədi rayon Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu və xx.xx.2018-ci tarixli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi; iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mağazanın boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “Ağcabədi rayon Kooperativ Cəmiyyətinin adına yazılmış xx.xx.2010-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Ağcabədi rayon Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu və xx.xx.2018-ci tarixli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyəti və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mağazanın boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “Ağcabədi rayon Kooperativ Cəmiyyətinin adına yazılmış xx.xx.2010-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Ağcabədi rayon Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu və xx.xx.2018-ci tarixli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi; iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mağazanın boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə hazırlıq iclası 27 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməməsini və işə Ağcabədi Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh3 da mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməməsini və işə Ağcabədi Rayon Məhkəməsində baxılmasını xahiş etdilər. İş üzrə olan Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında vergi məlumatlarının surətlərindən görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). Həmçinin, cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyəti hüquqi şəxs olmaqla (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.1 və 32.6-cı maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmçinin, cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyəti hüquqi şəxs olmaqla (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). Göründüyü kimi, mübahisə hüquqi şəxslə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında yaranmışdır və mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlir ki, sözügedən mübahisənin məhkəmə aidiyyəti Ağcabədi Rayon Məhkəməsinə aid olmadığından, yəni tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, hazırkı iddia tələbi baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24, 26, 31, 32, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “Ağcabədi rayon Kooperativ Cəmiyyətinin adına yazılmış xx.xx.2010-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Ağcabədi rayon Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu və xx.xx.2018-ci tarixli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi; iddiaçılar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Ağcabədi rayon Kooperativ Cəmiyyətinin və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mağazanın boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(017)-1488/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar