Məhkəmə qərarları › İş №2(017)-1491/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1491/2025

19.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1491/2025 19.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı və cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsində dördüncü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində işinə laqeyd yanaşmamış, bütün tapşırıqları vaxtında yerinə yetirmiş, nizam-intizamlı işçi olmuşdur. Buna baxmayaraq cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli əmrinə əsasən ştat vahidi ixtisar edildiyindən Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin dördüncü dərəcəli elektrik montyoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İxtisara salınması barədə əvvəlcədən ona bildiriş verilmişdir. Onunla axırıncı haqq-hesab çəkilmiş, əmrin surəti və əmək kitabçası ona veilmişdir. Ailəlidir və ailənin yeganə qazanc gətirənidir. Ona görə də Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilərək əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin nümayəndəsi X5 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı idarədə dördüncü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. Onunla xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. X7 Xidməti X11 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. Ştat vahidinin ixtisar edilməsi barədə İddiaçı xəbərdarlı edilmiş, bu barədə ona bildiriş verilmişdir. Ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Cavabdehndə 02 il 11 ay əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxarma müavinəti verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 0 təqvim günü pul əvəzi ödənilmişdir. İdarənin işçilərinin ixtisara düşməsi məsələsinin müzakirə olunması üçün Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsi üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatı idarənin işçilərinin ixtisar edilməsinə razılıq verilməsi barədə 16 sentyabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Bundan sonra İddiaçı “X7 Xidməti” X11 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Hesab edir ki, əmr qanunidir, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda iddiaçı iddia müddətini də buraxmışdır. İddia müddəti keçdiyinə görə iddia müddətini tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı barəsində verilmiş əmr xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş və bu barədə ona poçt vasitəsilə ünvanına bildiriş göndərilərək məlumat verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu tarixə qədər işdən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının məlumatsız olması isə heç də ağlabatan deyildir. İddiaçı mediasiyaya qədər və mediasiya bitdikdən sonra hər iki dövrdə iddia müddətini ötürmüşdür. Ona görə də iddia tələbinə müddət tətbiq olunmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X7 Xidməti” X13 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X7 Xidməti” X11 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 608 nömrəli Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin Ağcabədi SMSİİ HİK-nə ünvanlanmış məktubundan görünür ki, X7 Xidməti X11 xx.xx.2024-cü il tarixli 13-4/3-1-71-Ü/2024 nömrəli əmri, eləcə də təsdiq olunmuş təşkilati struktur və ştat cədvəlinə əsasən məktuba əlavə edilmiş siyahıda adları göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidləri ixtisara düşmüşdür. Siyahıda adları göstərilən hər bir əməkdaşa rəsmi xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmçinin xəbərdarlıq müddəti ərzində onlara hər iş həftəsində 01 gün əmək haqqı saxlanılmaqla iş axtarmalarına şərait yaradılmışdır. İşçilərlə bağlanmış əmək müqaviləsini, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq bildirlməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi SMSİİ HİK-nin xx.xx.2024-cü il tarixli 28 saylı iclas protokolundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 saylı fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X7 Xidməti” X13 yaradılmışdır. ADSEA-nın xx.xx.2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X7 Xidməti” X11 təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən Ağcabədi Su X2 İdarəsi üzrə bütöv ştat vahidləri 17 sentyabr 2024-cü il tarixdən ixtisara düşməsinə Ağcabədi SMSİİ HİK-nın razılığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli 246 nömrəli əmrinin surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı işə bərpa olunma tələbinə dair müraciətinə əsasən “ilkin medasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: -Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər (mad.70). -İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür (mad.71). - İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. - Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. - Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:i bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. - İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır (mad.77). - Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. - İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə (mad.78). -İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır (mad.79). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1 və 2-ci bəndlərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin nümayəndəsi X5 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, iddiaçı iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, eləcə də iddia müddətinin üzrlü səbəblədən ötürülməsinə dair əsasları göstərməmiş, habelə həmin əsasları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından isə görünür ki, iddiaçı 1 aylıq müddətin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş üzrlü səbəblərdən buraxılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X7 Xidməti” X13 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X7 Xidməti” X11 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Bu barədə ona xəbərdarlıq olunmuşdur. Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsi Ağcabədi SMSİİ HİK-nə məktub ünvanlayaraq göstərmişdir ki, X7 Xidməti X11 xx.xx.2024-cü il tarixli 13-4/3-1-71-Ü/2024 nömrəli əmri, eləcə də təsdiq olunmuş təşkilati struktur və ştat cədvəlinə əsasən məktuba əlavə edilmiş siyahıda adları göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidləri ixtisara düşmüşdür. Siyahıda adları göstərilən hər bir əməkdaşa rəsmi xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmçinin xəbərdarlıq müddəti ərzində onlara hər iş həftəsində 01 gün əmək haqqı saxlanılmaqla iş axtarmalarına şərait yaradılmışdır. İşçilərlə bağlanmış əmək müqaviləsini, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq bildirlməsi xahiş olunmuşdur. Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi SMSİİ HİK-i Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 saylı fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X7 Xidməti” X13 yaradılmışdır. ADSEA-nın xx.xx.2024-cü il tarixli 001/F nömrəli əmri ilə “X7 Xidməti” X11 təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən Ağcabədi Su X2 İdarəsi üzrə bütöv ştat vahidləri 17 sentyabr 2024-cü il tarixdən ixtisara düşməsinə Ağcabədi SMSİİ HİK-i razılıq vermişdir. Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli 246 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işə bərpa olunma tələbinə dair Mediasiya Şurasına olunmuş müraciətinə əsasən “ilkin medasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə ona xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Sadalanan qanun normalarının tələblərindən də göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr qanunla müəyyən edilmiş normalara əməl olunmaqla verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970- ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına qanunvericiliyi tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiasına iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X7 Xidməti X13i Ağcabədi Su X2 İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar