Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1492/2024 12.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi atası X1, iddiaçının etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və 3-cü şəxs Mirzəhaqverdili Bələdiyyəsinə qarşı Dövlət reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.7647 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Ağcabədi rayon Qiyamədinli kəndində yaşayır və ikinci qrup əlildir. Mirzəhaqverdili Bələdiyyəsinin 25 sentyabr 2000-ci il tarixli, 12 saylı sərancamı və həmin bələdiyyə ilə bağladığı eyni tarixli və eyni saylı müqavilə əsasında Mirzəhaqverdili bələdiyyəsinin mülkiyyətində olan 3,5 hektar torpaq sahəsi 25 il müddətinə ona icarəyə verilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsindədir və müqavilə əsasında müəyyən edilmiş illik icarə haqqı olan 245 manatı hər il ödəmişdir. Lakin Cavabdeh2 iddiası əsasında Ağcabədi Rayon Məhkəməsinin 21 may 2024cü il tarixli qətnaməsinə əsasən onun 24 ildir qanuni əsaslarla istifadə etdyi torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. İdianın əsası kimi Cavabdeh2 və ailəsinə verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarış olmuşdur. Həmkəndlisi Cavabdeh2 və ailəsinə Dövlət Aktı əsasında verilmiş torpaq sahəsi tamamilə başqa ərazidə olmuşdur və hazırda da onun ailə üzvlərinin istifadəsindədir. Mübahisələndirdiyi çıxarış qeyri-qanuni yolla əldə edilmişdir. Ona görə də Çıxarışın etibarsız hesab olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi atası X2 iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iddiaçının izahatına uyğun çıxış edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisində yerləşən 2,7647 ha torpaq sahəsi ona məxsusdur və kənd təsərüfatı təyinatlı torpaqlar katoqoriyasına aiddir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onun adına Çıxarış verilmişdir. Həmin torpaqdan istifadəsinə İddiaçı maneəçilik edərək məcbur zəbt etdiyi üçün Ağcabədi Rayon Məhkəməsində torpaq sahəsindən çıxarılma və müdaxilənin qadağan edilməsi tələbinə dair iddia qaldırmış, ekpertiza təyin olunmuş, həmin ekspertizanın rəyinə əsasən torpağın ona məxsus olması sübuta yetirilmiş və nəticədə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-29/2024 saylı qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, həmin iş Şirvan Apellyasiya Məhkəməsində hazırkı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək icraatı dayandırılmışdır. İddia əsassız və qanunsuz olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının iddia ərizəsinin mahiyyətindən müəyyən edilir ki, Mirzəhaqverdili Bələdiyyəsinin 25 sentyabr 2000-ci il tarixli, 12 saylı sərancamı və həmin bələdiyyə ilə bağladığı eyni tarixli və eyni saylı müqavilə əsasında Mirzəhaqverdili bələdiyyəsinin mülkiyyətində olan 3,5 hektar torpaq sahəsi 25 il müddətinə ona icarəyə verilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsindədir və müqavilə əsasında müəyyən edilmiş illik icarə haqqı olan 245 manatı hər il ödəmişdir. Lakin Cavabdeh2 iddiası əsasında Ağcabədi Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qətnaməsinə əsasən onun 24 ildir qanuni əsaslarla istifadə etdyi torpaq sahəsindən çıxarılmağını qət edilmişdir. İdianın əsası kimi Cavabdeh2 və ailəsinə verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarış olmuşdur. Ona görə də həmin Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi iddiaçı Çıxarışın etbarsız hesab edilməsini bələdiyyə ilə aralarında 25 illik icarə müqaviləsinin olması ilə əlaqələndirir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi inzibati orqanın üzərinə öhdəlik qoyulmasından ibarət olduğundan, tələbə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə tənzimlənir. Mülki mühakimə icraatı isə mülki prosessual qanunvericiliyin normaları əsasında əsasında aparılır. Lakin iddia tələbinə hazırkı hissədə mülki prosessual qanunvericiliyin deyil, inzibati prosessual qanunvericiliyin normaları əsasında baxılaraq hüquqi qiymət verilməsini zəruri edir. Bu isə iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 4 saylı 10 aprel 2015-ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Mülki Məcəllənin: 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Belə olan halda hazırkı tələb üzrə mülki məhkəmə icraatı qaydasında çıxarışın etibarsız hesab edilməsi mümkün deyildir. Belə ki, hazırkı iddia tələbi inzibati orqanın üzərinə öhdəlik qoyulmasından ibarət olduğundan, tələbə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Ona gprə də iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəm xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən tutularaq İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264 və 268 -ci maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Cavabdeh2 və 3-cü şəxs Mirzəhaqverdili Bələdiyyəsinə qarşı kənd təsərüfatı təyinatlı 2.7647 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********51 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməyə iddia verməsi hüquqları izah olunsun. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1492/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1492/2024
12.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver