Məhkəmə qərarları › İş №2(017)-15/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-15/2024

11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-15/2024 11.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və İİİ şəxs Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsinin sədri X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1 və 57.2-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Məhkəmənin təşəbbüsü ilə Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən İİİ şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonu Qiyaməddinli bələdiyyəsinin mülkiyyətində olan və Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Müsabiqənin qalibi olmuş və həmin torpaq sahəsi xx.xx.2022-xx.xx.2027-ci il tarixədək 5 il müddətinə onun icarəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onun adına Çıxarış verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sözü gedən torpaq sahəsi cavabdehin pay torpaq sahəsinin yanındadır və mübahisəli torpaq sahəsi ona icarəyə verilməmişdən qabaq cavabdehin istifadəsində olmuşdur. Cavabdeh onun icarəsində olan torpaq sahəsindən çıxmır və sərbəst istifadə etməsinə maneə olur. Həmçinin, bildirir ki, həmin torpaq sahəsi dövlət aktına əsasən ona verilmişdir. Hazırda torpaq sahəsinin onun icarəsində olmasına baxmayaraq cavabdeh özbaşınalıq edərək torpaq sahəsindən çıxmır və həmin torpaq sahəsini əkib-becərilməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi ona və ailəsinə məxsusdur, onlara pay torpaq sahəsi kimi verilmişdir. Hazırda istifadə etdiyi, mülkiyyətlərində olan və iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair adlarına dövlət aktı mövcuddur. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İİİ şəxs Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsinin sədri X5 izahatında göstərdi ki, Ağcabədi rayon Qiyaməddinli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 1,65 ha torpaq sahəsi müsabiqəyə çıxarılmış və İddiaçı müsabiqənin qalibi elan olunmuşdur. Bundan sonra Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsi ilə iddiaçı arasında notariusda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1,65 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Eyni zamanda həmin müqavilə dövlət reyestri xidmətində dövlət qeydiyyatına alınmış, bununla əlaqədar İddiaçı adına Çıxarış verilmişdir. Torpaq sahəsi müsabiqəyə çıxarılana kimi cavabdehin istifadəsində olmuş, bu gündə istifadə edir. Hazırda torpaq sahəsinin iddiaçının icarəsində olmasına baxmayaraq cavabdeh özbaşınalıq edərək torpaq sahəsindən çıxmır və həmin torpaq sahəsini əkibbecərilməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoyması tələb olunsa da mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və İİİ şəxs Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsinin sədrinin izahatlarını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsi ilə İddiaçı arasında notariusda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1,65 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli, 07 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisindən Cavabdeh və onun ailə üzvlərinə (4 nəfərdən ibarət olmuş ailə üzvlərinə) cəmi 1,88 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir (JN 196A üzrə 1,36 ha; JN 196C üzrə 0,5216 ha;). İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Qiyaməddinli kəndi ərazisində yerləşən 0,5216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin (4 nəfərdən ibarət) xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-7710/2023 nömrəli mütəxəssis və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7991 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda cavabdehə məxsus mülki işin içərisində olan torpağa mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,36 ha (JN 196A üzrə) hissəsinin sərhədləri naturada müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsinin 1,36 ha hissəsi torpağa mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin JN 196A üzrə mülkiyyətində olan 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7991 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Qiyaməddinli Bələdiyyəsi ilə İddiaçı arasında notariusda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 1,65 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli, 07 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisindən Cavabdeh və onun ailə üzvlərinə (4 nəfərdən ibarət olmuş ailə üzvlərinə) cəmi 1,88 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir (JN 196A üzrə 1,36 ha; JN 196C üzrə 0,5216 ha;). Ağcabədi rayonu, Qiyaməddinli kəndi ərazisində yerləşən 0,5216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin (4 nəfərdən ibarət) xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda cavabdehə məxsus mülki işin içərisində olan torpağa mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,36 ha (JN 196A üzrə) hissəsinin sərhədləri naturada müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsinin 1,36 ha hissəsi torpağa mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin JN 196A üzrə mülkiyyətində olan 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının iddiasının təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. İşdə olan sənədlərdən görünür ki, cavabdehin istifadə etdiyi (mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,88 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 1,36 ha (JN 196A üzrə) hissəsi) torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Daşınmaz Əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsinin 1,36 ha hissəsi torpağa mülkiyyət hüququna dair JN 196 kod 60805028 nömrəli dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin JN 196A üzrə mülkiyyətində olan 1,36 ha torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1366/2023 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 102 manat məbləğində pul iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığına görə aparılmış tədqiqatın dəyərini təşkil edən 102 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar