Məhkəmə qərarları › İş №2(017)-1502/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1502/2025

13.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1502/2025 13.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaşı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinə qarşı 17 sentyabr 2024-cü il tarixli, 257 saylı əmrin ləğv eedilməsi və onun yenidən işə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1983-cü ildən Ağcabədi rayon Subartezian idarəsində işləmişdir. Daha sonra həmin idarə birləşərək Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsi olmuşdur. Həmin idarədə uzun illər çilingər vəzifəsində işləmişdir. Hər zaman işinə məsuliyyətlə yanaşmış və işin öhdəsindən layiqincə gəlmişdir. Lakin, Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli, 257 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə onun əmək müqaviləsinə xitam vermişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, işdən azad olunduğu vaxtdan işsizdir və maddi cəhətdən çətin vəziyyətdə yaşayır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevirilmə formasında yenidən təşkili yolu ilə “X8 Xidməti” X13 yaradılmışdır. ADSEA-nın 27 may 2024-cü il tarixli, 001/F saylı əmri ilə “X8 Xidməti” X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Ağcabədi Su X2 İdarəsi üzrə bütün ştat vahidləri 16 avqust 2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsində çilingər vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən xitam verilmişdir. Əmri qanuni hesab edir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 sentyabr 2024-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsində “çilingər 5 d” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi SMSİİ HİK-nin 16 sentyabr 2024-ci il tarixli, 28 saylı iclas protokolundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevirilmə formasında yenidən təşkili yolu ilə “X8 Xidməti” X13 yaradılmışdır. ADSEA-nın 27 may 2024-cü il tarixli, 001/F saylı əmri ilə “X8 Xidməti” X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Ağcabədi Su X2 İdarəsi üzrə bütöv ştat vahidləri 16 avqust 2024-cü il tarixdən ixtisara düşməsinə Ağcabədi SMSİİ Həmkarlar Təşkilatını razılığı qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevirilmə formasında yenidən təşkili yolu ilə “X8 Xidməti” X13 yaradılmışdır. ADSEA-nın 27 may 2024-cü il tarixli, 001/F saylı əmri ilə “X8 Xidməti” X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Ağcabədi Su X2 İdarəsi üzrə bütöv ştat vahidləri 16 avqust 2024-cü il tarixdən ixtisara düşdüyündən Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsində çilingər işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə görə həmin Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçının vəzifəsi ixtisara düşnüş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən müvafiq həmkarlar ittifaqı təşkilatının razılığı qabaqcadan alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunveriliciyin öyrənilən normalarının tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, zəruri sübutları əldə etmək imkanı olmadıqda isə həmin sübutları əldə etmək barədə vəsatətlə məhkəməyə müraciət etməlidir. Lakin, iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, cavabdehin təqdim etdiyi sübutların mötəbərliliyini mübahisələndirməmiş, cavabdeh isə öz etirazının əsası kini istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin nümayəndəsi iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları, həmçinin Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli, 257 saylı əmrinin qanuni olduğunu sübuta yetirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni və əsaslı, habelə mahiyyəti üzrə düzgün olan Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli, 257 saylı əmrinin yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinə qarşı 17 sentyabr 2024-cü il tarixli, 257 saylı əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddiası rədd edilməlidir. İşdə olan 27 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, Əsədov X6 1 saylı mediasiya təşkilatına 60 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Publik X12 Su X2 İdarəsinə qarşı 17 sentyabr 2024-cü il tarixli, 257 saylı əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddiası rədd edilsin. Cəbrayıl 1 saylı mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat rüsum İddiaçı aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar