Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-151/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, İddiaçı1, cavabdeh və digər cavabdeh İddiaçı3 nümayəndəsi Cavabdeh və cavabdeh İddiaçı2 Mamed qızının iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X17 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 cavabdehlər – Cavabdeh, İddiaçı2 və İddiaçı3 qarşı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarna əsasən Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində 0.21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN074 A saylı, 60806028 kod nömrəli şəhadətnamənin ləğv edilməsi və onun adınında daxil edilməklə yeni şəhadətnamənin verilməsi tələbiinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 izahat verərək göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində 0.21 ha torpaq sahəsi X5, Zeynalova (Kərimova) Telli Sərxan qızının, İddiaçı2, İddiaçı3 və X6 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 074A saylı, 60806028 kod nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində onun atası Mamed öləndən sonra mülkiyyət hüququnun olmasına və doğulduğu gündən həmin evdə yaşamağına baxmayaraq onun adı həyətyanı torpağın mülkiyyətə verilməsinə dair JN- 074A saylı, 60806028 kod nömrəli şəhadətnaməyə daxil edilməmişdir. O, gözdən birinci qrup əlil olduğu üçün bu barədə məlumatı olmamışdır. Cavabdeh olan ailə üzvləri ona qarşı Ağcabədi rayon Məhkəməsində iddia qaldırdıqdan sonra məlumatı olmuşdur. Məlum olduğu kimi Aqrar İslahat Komissiyası torpaq sahələrini vətəndaşların yaşadığı ünvan üzrə və bir dəfə olmaq şərtilə vətəndaşların istifadəsinə verirdi. Belə olan halda onun Ağcabədi rayonunun İmamqulbəyli kəndində yerləşən mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış eində yaşamağına baxmayaraq adının həmin şəhadətnaməyə salınmaması qanuna zidd olmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarna əsasən Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində 0.21 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 074 A saylı, 60806028 kod nömrəli şəhadətnamənin ləğv edilməsi və onun adının daxil edilməklə yeni şəhadətnamənin verilməsinə dair iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər cavabdeh İddiaçı3 nümayəndəsi Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı1 onun doğma oğludur. Oğlu Namiq onlara qarşı həyətyanı torpaqlarının mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia qaldırıb. Həmin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Həmin iddia tələbinə iddia müddəti tətbiq edilməli və Ağcabədi rayonunun İmamqulubəyli kəndində həmin illər ailə üzvləri ilə birlikdə yaşadıqları 0.21 ha həyətyanı torpaq sahəsi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN 074A saylı, 60806028 kod nömrəli Torpağa Mülkiyyət hüququna dair şəhadətnamə əsasında mərhum ailə başçısı X5 ailə tərkibində onlara və mərhum əri X7 mülkiyyətinə verilmişdir. Ailə başçısı X18 03 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Mamed Zeynalovun vəfatından sonra Ağcabədi rayonunn İmamqulubəyli kəndində mübahisəli 0,1643 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.80 m2 olan fərdi yaşayış evi miras qalmış və fərdi yaşayış evinə dair onlara vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik haqqında şəhadətnamə əsasında onlara Azərbaycan Respublikası ƏMDX DƏDKR X28 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən 25 iyul 2022-ci il tarixdə ********** nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçı1 onlarla birlikdə vərəsəlik üzrə öz payını əldə etmişdir. İddiaçı1 Ağcabədi rayonunn İmamqulubəyli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN 074A saylı. 60806028 kod nömrəli Torpağa Mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbi ilə əlaqədar isə onu bildiririk ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyası tərəfindən islahat keçirilən zaman İddiaçı1 özünə aid olan Ağcabədi rayonunun İmamqulbəyli kəndində yerləşən 1998-ci ildən 0,24 ha-dan ibarət həyətyanı torpaq sahəsi olmuş, bu səbəbdən də onun adı onların mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyətçiləri siyahısına daxil edilməmişdir. Namiqdən başqa onların digər ailə üzvləridə öz torpaqları olduğundan onlarda mülkiyyətçi siyahısına daxil edilməmişlir. İddiaçı1 1998-ci ildən etibarən hal-hazıra kimi həmin şəhadətnamənin mövcud olmasını bilmiş, həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi üzrə vərəsəlik və digər hüquqi prosedurlarda iştirak etmişdir. Hesab edirlər ki, İddiaçı1 onlara, xüsusilə də öz doğma anası Cavabdeh qarşı olan qərəzli münasibətinə görə 24 ildən sonra, yəni iddia müddətini ötürməklə ayrı 0.24 ha həyətyanı torpaq sahəsi olmaqla həmin əsassız iddia tələbini qaldırmışdır. Ona görə iddia tələbi qeyd edilənlərə əsasən əsassız olmasına və ümumi iddia müddətini ötürməklə verildiyindən iddia müddəti tətbiq edilməklə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı2 eyni məzmunlu izahat verərək cavabdeh olan Cavabdeh izahatında göstərdiyi xüsusatları təsdiq etdi və qaldırılan iddianın əsassız olduğu üçün rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 6 saylı Beyləqan Ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izaht verərək göstərdi ki, İddiaçı1 onun əridir. O, Namiqlə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahdan üç uşaqları olmuşdur. Əri Namiq birinci qrup gözdən əlildir. Onların Torpağın mülkiyyətə verilməsinə dair JN 074A saylı, 60806028 kod nömrəli şəhadətnamədə əri İddiaçı1 adı qeyd edilməmişdir. Əri İddiaçı1 adına 03 nömrəli ev təsərrüfatının uçotu kitabında 0,24 ha həyətyanı torpaq sahəsi olsada, maddi imkanları olmadığı üçün həmin torpaq sahəsini rəsmiləşdirməmişlər. İş materiallarına əlavə edilmiş Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iun 2022-ci il tarixli, 20 saylı arayışdan görünür ki, İddiaçı1 həqiqətən Ağcabədi rayonunun İmamqulubəyli kəndində doğulub və atası X10 məxsus evdə yaşayıb və hal –hazırdada yaşayır. Ailəlidir və üç uşağı var. İş materiallarına əlavə edilmiş Ağcabədi RİHB-nın İmamqulubəyli kənd nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X9 arasında nikah 02 aprel 2007-ci il tarixdə 06 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş 052334 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı1 birinci qrup gözdən əlildir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində mülkiyyətində olan 1.6147 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nöməsi **********, qeydiyyat tarixi isə 25 iyul 2022-ci ildir. İş materialarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh, X11, X3, X15, X8, X4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində 0.16 ha sahədə 142.80 kv.m fərdi yaşayış evi 25 iyul 2022-ci il tarixdə xüsusi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 23 iyul 2022-ci il tarixli, A781673 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cavabdeh Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində 1.6147 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 147 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun İmamqulubəyli kənd sakini İddiaçı1 adına 03 nömrəli ev təsərrüfatının uçotu kitabında 0,24 ha həyət yanı torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 074A saylı, 60806028 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X5, X1, İddiaçı2, X12 və X13 adlarına Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisindən 0,21 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 074A saylı, 60806028 kod nömrəli şəhadətnaməyə əsasən X10, X2, İddiaçı2, X16 və X14 Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisindən 0.21 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi onların ümumi mülkiyyətində olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və mübahisəli torpaq sahəsindən ona çatası torpaq sahəsi barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı1 adına həmin kənddə 1988-ci ildən 0.24 ha həyətyanı torpaq sahəsi olduğu üçün cavabdehlərin adlarına olan 0.21 ha həyətyanı torpağa dair şəhadətnamədə onun adı qanuna müvafiq olaraq qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli, 217A(111) saylı qətnaməsi ilə qəbul olunmuş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ vardır. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 20 mart 1952-ci ildə qəbul olunmuş 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna omaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlərə qarşı iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd edilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qə t e t d i : İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-151/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-151/2023
07.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver