Məhkəmə qərarları › İş №2(017)-1529/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1529/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1529/2023 26.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borcun və 49,77 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" X1 Səhmdar Cəmiyyətinə ünvanlanmış 19 may 2022-ci il tarixli ərizəsinə əsasən, Cavabdeh 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta ilə tanış olmuş və bütün şərtlərlə razılaşaraq bütün öhdəlikləri vaxtı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehin mövcud kartına 18 may 2025-ci il tarixədək illik 29,5 % ilə 2300 manat nağd kredit köçürmə təklifini edir, caabdeh isə həmin təklifi qəbul edərək vəsaiti nağdlaşdırır və nəticədə tərəflər arasında 19 may 2022-ci il tarixli, 10976nkNFTb/22 saylı kredit müqaviləsi formalaşır. Tərəflər arasında bağlanmış müqaviləyə görə bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borcun və 49,77 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 19 may 2022-ci il tarixli, 10976nkNFTb/22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə xx.xx.2025-ci il tarixinədək illik 29,5% ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. İşdə olan 15 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin arasında bağlanmış 19 may 2022-ci il tarixli, 10976nkNFTb/22 saylı kredit müqaviləsi əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixdə xx.xx.2025-ci il tarixinədək illik 29,5% ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh Cəmiyyətinə 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə olmaqla, cəmi 2936,07 manat borc alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 15 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 49,77 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49,77 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2300 manat əsas borcun, 615,31 manat faiz borcu, 20,76 manat cərimə və 49,77 manat dövlət rüsumunun, cəmi 2985 (iki min doqquz yüz səksən beş) manat, 84 (səksən dörd) qəpik pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar