Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1539/2023 16.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi qzının iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayır. Atası mərhum X4, anası isə X2r. X1 11 sentyabr 2003-cü ildə vəfat etmişdir. Valideynləri o, doğulan zaman ona doğum haqqında şəhadətnamə almışdır. Anadan olduqdan sonra onlar köçüb Xocavənd rayonunda yaşamışlar. Birinci Qarabağ müharibəsi zamanı yaşadığı evi tərk edib Avşar kəndinə köçərkən doğum haqqında şəhadətnaməsi itmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı üçün doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı 03 avqust 2023-cü il tarixli məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi qızıdır. Ərizəçi xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş Ərizəçi qohumu X10 şahid X3 ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə 1987-1988-ci illər ilkin, 1984-1990-cı illər, 1988-2004-cü illər bərpa və “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Rəfiyeva X6 rayonunun Avşar kəndində anadan olmuş və hazırda Avşar kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından göründüyü kimi Ərizəçi xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan omuş, onun atası mərhum X4, anası isə X2r. Lakin, Ərizəçi doğum haqqında şəhadətnaməni itirmiş və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində doğulması faktı müəyyən edilməklə ərizə təmin edilməli, ərizəçinin doğum haqqında akt qeydi kitabında adı «Elvinə», soyadı «Rəfiyeva», atasının adı «İsmxan», milliyyəti azərbaycanlı, valideynləri, atası- X4, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1987-ci ildə Ağcabədi rayonunun Avşar kəndində doğulması faktı müəyyən edilsin Ərizəçi doğum haqqında akt qeydi kitabında adı «Elvinə», soyadı «Rəfiyeva», atasının adı «İsmxan», milliyyəti azərbaycanlı, valideynləri, atası- X4, milliyyəti azərbaycanlı, anası-X5, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1539/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1539/2023
16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver