Məhkəmə qərarları › İş №2(017)-1556/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1556/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1556/2024 09.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X3 1935-ci ildə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi şəhərində yaşayır. Mərhum atası X5 1935-ci ildə doğulmuş və 07 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Atasını şəhər qəbiristanlığında dəfn etmişlər. Mərhum atası X4 15 yanvar 2015-ci il tarixli, 13 saylı ölüm haqqında şəhadətnamə alınmışdır. Lakin, atasının doğum haqqında şəhadətnaməsinin olub-olmaması barədə məlumatları olmamışdır. Doğum haqqında şəhadətnamələrin alınması üçün Maraqlı şəxs1nə və digər orqanlara müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda da atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün atasının adına olan ev və torpaq sənədlərini öz adına rəsmiləşdirə bilmir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəflər Maraqlı şəxs1 nümayəndəsi və Ağcabədi regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı tərəflər Maraqlı şəxs1 və Ağcabədi regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Ağcabədi rayonu icra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Ağcabədi rayonu icra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçinin atası, yəni əmisi X5 1935-ci ildə atadan olmuş və 07 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum əmisi X4 doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçinin atası, yəni əmisi X5 1935-ci ildə atadan olmuş və 07 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum əmisi X4 doğum haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs3 Başçısı aparatı yanında Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli 19 saylı məktubdan görünür ki, Ağcabədi VVAQ şöbəsinin Ağcabədi rayon Dövlət Arxivində mühafizə olunan 1935-1936-1937-1938-1939-1940-1941-1942-1943-1944-1945-1946-cı il dövrləri əhatə edən Ağcabədi doğum aktı kitablarına və1921-1957-ci illər arası anadan olmuş vətəndaşların Ağcabədi yaşı müəyyən komissiyasının, 1950-1953-1957-ci il protokol kitablarında X3 doğum tarixi ilə bağlı hər hansı bir məlumat aşkarlanmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 1935-ci ildə Ağcabədi şəhərində doğulmuş X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə anadan olmu, onun atası X5, anası isə X1r. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidin ifadəsindən göründüyü kimi 1935-ci ildə Ağcabədi şəhərində doğulmuş X5 07 yanvar 2015-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, lakin mərhuma doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda da ərizəçi atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün atasının adına olan ev və torpaq sənədlərini öz adına rəsmiləşdirə bilmir və bu səbəbdən də ərizəçi atasının ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, X3 1935-ci ildə Ağcabədi şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 07 yanvar 2015-ci il tarixdə vəfat etmiş X3 1935-ci ildə Ağcabədi şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar