Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1565/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum anası X4 14 may 2011-ci il tarixdə vəfat etmişdir. Onun doğum şəhadətnamədə ana qrafasında anasının soyadı Mirzəyeva kimi qeyd edildiyinə görə, onun anası olmasını təsdiq edən, yəni qohumluluqlarını təsdiq edən sənəd yoxdur. Mərhum anası X3 adına olan torpaq sahəsinin olması barədə DƏDRX tərəfindən verilmiş çıxarış var, lakin mərhum anası ilə qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığına görə həmin torpaq sahəsi ilə bağlı vərəsəlik sənədlərinin verilməsi mümkün olmamışdır. Bu məqsədlə mərhum anası X3 onun anası olması, yəni qohumluq münasibətlərinin olması hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, mərhum anası X4 14 may 2011-ci il tarixdə vəfat etmişdir. Onun doğum şəhadətnamədə ana qrafasında anasının soyadı Mirzəyeva kimi qeyd edildiyinə görə, onun anası olmasını təsdiq edən, yəni qohumluluqlarını təsdiq edən sənəd yoxdur. O, doğum haqqında şəhadətnamədəki səhvin düzəldilməsi üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində doğum akt qeydində səhvin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, mərhum anası X3 onun anası olması, yəni qohumluq münasibətlərinin olması hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1 rəisi İslam Əhmədov məhkəmə iclasına məktub göndərərək məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xususi notariusu Rafael Məmmədov məhkəmə iclasına məktub göndərərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. X2 14 may 2011-ci il tarixdə vəfat etmişdir. Həmin yas mərasimlərində o, özü də iştirak etmişdir. İş üzrə şahid qismində dindirilən X6 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X1 anasıdır. X2 14 may 2011-ci il tarixdə vəfat etmişdir. Həmin yas və dəfin mərasimlərində bir qonşu kimi yaxından iştirak etmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 may 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 14 may 2011-ci il tarixdə vəfat etmiş və o, həqiqətən Ərizəçi anasıdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 14 may 2011-ci il tarixdə vəfat etmiş X4 Ərizəçi anasıdır. Buna görə də, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən ərizənin əsaslı və qanuni olması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14 may 2011-ci il tarixdə vəfat etmiş X4 ilə Ərizəçi arasında qohumluq münasibətində (ana-bala) olmaya dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1565/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1565/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver