Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1576/2024 22.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, 1974-cü il tarixdə Ağcabədi rayonu Yeni Qaradolaq kəndində anadan olmuş və hazırda ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. Mərhum anası X6 22 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Onun doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyadı Soltanova kimi qeyd edildiyinə görə Ətlazın onun anası olmasını təsdiq edən, yəni qohumluğunu təsdiq edən sənəd yoxdur. Mərhum anası X4 adına olan yaşayış evlərinin DƏDRX tərəfindən verilmiş Çıxarış və Qeydiyyat vəsiqəsi vardır. Lakin mərhum anasıyla qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığına görə həmin yaşayış evləri ilə bağlı vərəsəlik sənədlərinin verilməsi mümkün olmamışdır. Bu məqsədlə mərhum anası X4 onun anası olması, yəni qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi zəruridir. Odur ki, X3nın onun anası olması, yəni qohumluq münasibətlərinin olması ilə bağlı hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, 1974-cü il tarixdə Ağcabədi rayonu Yeni Qaradolaq kəndində anadan olmuş və hazırda ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. Mərhum anası X6 22 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Onun doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyadı Soltanova kimi qeyd edildiyinə görə Ətlazın onun anası olmasını təsdiq edən, yəni qohumluğunu təsdiq edən sənəd yoxdur. Mərhum anası X4 adına olan yaşayış evlərinin DƏDRX tərəfindən verilmiş Çıxarış və Qeydiyyat vəsiqəsi vardır. Lakin mərhum anasıyla qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığına görə həmin yaşayış evləri ilə bağlı vərəsəlik sənədlərinin verilməsi mümkün olmamışdır. Bu məqsədlə mərhum anası X4 onun anası olması, yəni qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi zəruridir. Odur ki, X3nın onun anası olması, yəni qohumluq münasibətlərinin olması ilə bağlı hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilən X7 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X2 anasıdır. X3 22 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Həmin yas mərasimlərində o, özü də iştirak etmişdir. İş üzrə şahid qismində dindirilən X9 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X2 anasıdır. X3 22 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Həmin yas mərasimlərində o, özü də iştirak etmişdir. İş üzrə şahid qismində dindirilən X12 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X2 anasıdır. X3 22 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Həmin yas mərasimlərində o, özü də iştirak etmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1974-cü il tarixdə anadan olmuş və həmin doğum haqqında şəhadətnamənin ana qrafasında X5 yazılsada Mamedova kimi inanmalı qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 yanvar 2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışdan görünür ki, həmin X1 adına verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 22 yanvar 2014-cü il tarixdə vəfat etmiş X6 Ərizəçi doğma anasıdır. Buna görə də, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən ərizənin əsaslı və qanuni olması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 22 yanvar 2014-cü il tarixdə vəfat etmiş X4 xx xxxxx 1974-cü il tarixdə anadan olmuş Ərizəçi anası olması, yəni qohumluq münasibətində (ana-bala) olmaya dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1576/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1576/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver