Məhkəmə qərarları › İş №2(017)-16/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-16/2023

19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-16/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində yerləşən mal heyvan tövləsindən cavabdehlərin çıxarılması və tövlənin ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8n məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində yerləşən mal heyvan tövləsindən cavabdehlərin çıxarılması və tövlənin ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı müxtəlif tarixlərə təyin olunsa da, bu barədə işin baxılma yeri və vaxtı barədə tərəflərə müvafiq məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində yerləşən mal heyvan tövləsindən cavabdehlərin çıxarılması və tövlənin ona verilməsitələbinə dair iddia ərizəsi qərardadın təsviri hissəsində göstərilən əsasa görə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar