Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1608/2023 05.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum X9 onun nənəsi, yəni mərhum X2nın anası olmuşdur. X2 xx.xx.2012-ci il tarixdə ölmüşdür. X9 xx.xx.1977-ci il tarixdə vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur. Nənəsi Fatma ölənə kimi Ağcabədi şəhərində onlarla birlikdə yaşamışdır. Nənəsinin ölümündən sonra ondan torpaq sahəsi miras qalmışdır. Nənəsindən qalmış mirasın rəsmiləşdirilməsi və vərəsə kimi vərəsəlik şəhadətnaməsi əldə etmək üçün Ağcabədi Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, nənəsi X9 ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığına görə miras torpaq sahəsini sənədləşdirə bilməmişdir. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi üçün, mərhum nənəsinin vərəsəsi hesab edilməsinə görə onlar arasında qohumluq münasibətinin olması faktı müəyyən edilməsi zəruridir. X1 onun nənəsi olması və vəfat edənədək onunla bir təsərrüfatda yaşaması və onun ailə üzvü olması şahidlərin ifadəsi ilə də təsdiq olunur. Qohumluq faktının müəyyən olunması nənəsindən qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərmiş və iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə notariusun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun atası Sadıqın bacısı Fatmanın qızı Güllünün oğludur. X9 ölənə kimi eyni təsərrüfatda olmaqla nəvəsi Ərizəçi yanında yaşamış, xx.xx.1977-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X10 şahid X3 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ağcabədi şəhərində doğulmuşdur, Ağcabədi şəhəri H.Hacıyev küçəsi ev 25-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Ağcabədi şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ 261843 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1977-ci il tarixdə Ağcabədi şəhərində ölmüşdür. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü adlı sənədin surətindən görünür ki, X6 adına Ağcabədi şəhəri ərazisində 500 kv.m həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Ağcabədi Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X6 vərəsəlik işi ilə əlaqədar Ərizəçi müraciətinə baxılmış, qohumluq əlaqəsini sübut edən sənədlər təqdim olunmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi anası mərhum X8 X1 qızı olmuşdur. X9 xx.xx.1977-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, vəfat etdiyi günə kimi qızı Güllü və nəvəsi Ərizəçi ilə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, X6 X5 anası, X6 isə Ərizəçi nənəsi olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 X5 anası, X6 isə Ərizəçi nənəsi olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1608/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1608/2023
05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver