Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1631/2023 21.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqına görə yaranmış pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı icarə haqqına görə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə hər ay 2000 manat aylıq icarə haqqı olmaqla bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 256,2 kv.metr olan mənzili cavabdehə icarəyə vermişdir. İddiaçı tərəfindən müqavilə şərtlərinə tam əməl olunmuşdur. Lakin cavabdeh icarə müqaviləsi üzrə ödənişləri vaxtında tam ödəməmiş, bununla da cavabdehin iddiaçıya 4250 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borca dair qəbz yazıb imzası ilə təsdiq edərək, rəhbəri olduğu müəssisənin möhürünü vurmuşdur. Dəfələrlə icarə haqqına görə yaranmış pulun ödənilməsi cavabdehdən tələb olunsa da müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Ona görə də 4250 manat pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə haqqına görə yaranmış pul tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə hər ay 2000 manat aylıq icarə haqqı olmaqla bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 256,2 kv.metr olan mənzili cavabdehə icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və tarixi göstərilməmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 4250 manat borcu vardır. Cavabdeh həmin borcun 1250 manatını xx.xx.2022-ci il tarixdə, 3000 manatını isə xx.xx.2022-ci il tarixdə ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi olunmuş İddiaçı nümayəndəsinin ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını dəqiqləşdirərək həcmini azaldıb 4250 manat pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, lakin cavabdeh icarə haqqını vaxtında ödəmədiyinə görə 4250 manat borcu yaranmışdır. Cavabdeh yaranmış həmin borcunu iddiaçıya qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin həmin pul bu günədək cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Məhkəmə iddia tələbini təmin edərkən, iş materiallarına əlavə edilmiş rəsmi sənədlərə də hüquqi qiymət vermişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia təmin edilməli və Cavabdeh 4250 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumundan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 65 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4250 manat (dörd min iki yüz əlli manat) məbləğində borc və 65 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1631/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1631/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver