Məhkəmə qərarları › İş №2(017)-167/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-167/2024

18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-167/2024 18.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum əri X6 xx.xx.2023-cü il tarixdə, ərinin atası mərhum X7 isə xx.xx.2013-cü il tarixdə ölmüşdür. X2 doğum haqqında şəhadətnaməsi və doğum akt qeydi aşkar olmadığı üçün ərinin atasından miras qalan 0,17 ha torpaq sahəsindən vərəsələrinə çatası payın miras əmlak kimi rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin miras əmlakın sənədləşməsi ilə əlaqədar X3 X2 atası olması qohumluq faktı müəyyən edilməlidir. Qohumluq faktının müəyyən olunması qalan mirasın qəbul edilməsi üçün lazımdır. Ona görə də qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi Regional “Asan xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəməyə məktub göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 548010 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 359786 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İİİ-jq 439642 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Niyar Rəsul qızı ilə xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 292A kod 60813028 nömrəli şəhadətnamədə mülkiyyətçi kimi 9 nəfərin adı, o cümlədən X3 və X2 adları yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə ölmüş X3 xx.xx.2023-cü il tarixdə ölmüş X2 atası olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə ölmüş X3 xx.xx.2023-cü il tarixdə ölmüş X2 atası olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar