Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1672/2025 24.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 və Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atası X9 ilə anası X2 faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların evliliyindən 1948-ci ildə o, 1924-cü ildə isə bacısı Tahirə anadan olmuşdur. Onun və bacısının adına verilmiş doğum haqında şəhadətnamə aşkar olunmamışdır. Bacısından qalan miras torpağı sənədləşdirmək istəyərkən qohumluq münasibətlərini müəyyənləşdirmək mümkün olmamışdır. Bəzi sənədlərdə atalarının adları “Mustafa”, bəzi sənədlərdə isə “Musdafa” kimi yazılmışdır. Ona görə də X3 ilə bacı olması barədə qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin notariusu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi nümayəndəsini məhkəməyə göndərməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Ağcabədi regional “Asan Xidmət” mərkəzində notarius ofisinin notariusunun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Şənlik kəndində yaşayır. İmmi Zülfəliyeva ilə Ərizəçi onun doğma xalalarıdır. Xalası İmmi ailəli olub, uşaqları olmamışdır. İmmi Zülfəliyeva xx.xx.2018-ci il tarixdə Ağcabədi rayonunda vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 və X11 şahid X4 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1948-ci ildə Ağcabədi rayonunda doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1924-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 Gülüş Ağa oğlu ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X14 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Onun ölümü Ağcabədi rayon Sarıcalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. İş materiallarında olan Ağcabədi rayonunun İHB-nın Şənlik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2021-ci il tarixli 235 nömrəli arayışdan görünür ki, X5 həqiqətən Şənlik kəndində yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X5 bacısı Ərizəçi tərəfindən Şənlik kəndində dəfn olunmuşdur. İş materiallarında olan Ağcabədi rayonunun İHB-nın Şənlik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2018-ci il tarixli 627 nömrəli arayışdan görünür ki, Ərizəçi ilə X5 ata və anaları eyni olmaqla doğma bacıdırlar. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 24 nömrəli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan VVAQ şöbəsinin sənədlərinə baxış keçirilmiş, 1931-1948-ci illəri əhatə edən Ağcabədi rayon Hacıbədəlli və Ağcabədi doğum aktı kitabında 1924-cü il təvəllüdlü X8 və 1948-ci il təvəllüdlü X6 doğum aktı barədə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış 1924-cü il təvəllüdlü X8 və Namazova (Əliyeva) Sənəm Mustafa qızının doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümü Ağcabədi rayon Şənlik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olmaları faktını da müəyyən edir. İş materiallarından göründüyü kimi, Ərizəçi ilə mərhum X3 bacı olmuşlar. X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümü Ağcabədi rayon Şənlik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, mərhum X16 (Mustafa) qızının Ərizəçi bacısı olması qohumluq faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2018-ci il tarixdə ölmüş X16 (Mustafa) qızının Ərizəçi bacısı olması qohumluq faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1672/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1672/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver