Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1683/2023 21.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İHakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə ərizə verərək göstərdi ki, cavabdeh nikahın pozulması və aliment tələbi ilə daha öncə məhkəməyə müraciət etmişdir və həmin işin məhkəmə baxışındadır. Ona görə də, hazırki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ iddiaçıya məxsusdur, ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair vəsatəti təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 170.1 və 263- 264, 267-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1683/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1683/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver