Məhkəmə qərarları › İş №2(017)-1686/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1686/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1686/2023 18.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh elektrik enerjisinin istehlakına görə 1919,98 manat borcun və ödənilmiş 39,60 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan abonent kodu **********00880 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1919,98 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək 1919,98 manat borcu ödəməkdən yayınmıdır. Ona görə də, Cavabdeh elektrik enerjisinin istehlakına görə 1919,98 manat borcun və 39,60 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. Elektrik enerjisindən istifadəyə görə onun 1919,98 manat borcu vardır. Hazırda maddi imkanı olmadığı üçün həmin borcu ödəyə bilmir. Gələcəkdə borcunu hissə-hissə də olsa ödəyəcəkdir. İddianı qəbul edir və məhkənədən ona köməklik göstərilməsini xahiş edir. İşdə olan Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 1919,98 manat borcu vardır. İşdə olan "xxxx" ASC-nin Enerji Satış Departamentinin 19 may 2023-cü il tarixli pretenziyadan görünür ki, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan (**********00880 kodlu abonent adı ilə «Azərişıq” ASC-də qeydiyyata alınmış) Cavabdeh elektrik enerjisindən istifadəyə görə 19 may 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 1919,98 manat təşkil edir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 01 may 2023-cü il tarixli, 652017 nömrəli müqavilədən görünür ki, bu müqavilə «Azərişıq” ASC-nin enerjitəchizatı müəssisəsi ilə Ağcabədi rayonunun Xocavənd kənd sakini **********00880 kodlu abonent adı ilə qeydiyyata alınmış Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan, abonent kodu **********00880 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1919,98 manat borcu yaranmış, lakin həmin borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 1919,98 manat borcu ödəməkdən yayınmıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş 19 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 39,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh elektrik enerjisinin istehlakına görə 1919,98 manat borc və ödənilmiş 39,60 manat dövlət rüsumu, cəmi 1959,58 manat pul alınaraq iddiaçı «Azərişıq” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh elektrik enerjisinin istehlakına görə 1919,98 manat borc və ödənilmiş 39,60 manat dövlət rüsumu, cəmi 1959 (bir min doqquz yüz əlli doqquz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar