Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1695/2024 07.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək ərizələrini onunla əsaslandırmışlar ki, 2013-cü ilin yanvar ayında el adəti üzrə toy edib faktiki nikaha daxil olub ailə qurmuşlar. Nikahlarını isə 30 dekabr 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cü ildə X2, xx.xx.2015-ci il tarixdə X4, 16 noyabr 2018-cı il tarixdə X5 və 16 mart 2022-ci il tarixdə X6 adlı dörd uşaqları anadan olmuşdur. Uşaqlardan üçü xəstəxana şəraitində doğulmuş, onların barəsində doğuç akt qeydi tərtib edilmiş və atalıqları müəyyən edilmiş, lakin 16 noyabr 2018-cı il tarixdə anadan olmuş X5 ev şəraitində doğulmuş və səhlənkarlıqdan ona doğum haqqında şəhadətnamə alınmamışdır. Oğlu Yusifə doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün onlardan tibbi-sənəd, yəni doğum haqqında həkim arayışı tələb edilmiş, lakin arayış ala bilmədiklərini göstərib, məhkəmədən ərizənin təmin edilməklə, uşaqları X1 16 noyabr 2018-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində doğulması, onun valideynlərinin-atasının Ərizəçi2, anasının X13 olmasına dair hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçi X3 tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə 18 sentyabr 2024-cü il tarixli, 3-15-5/8-13-1022/2024 saylı məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahat verərək göstərdi ki, Ərizəçi2 onun qayınıdır. Ərizəçi2 və Ərizəçi1 2013-cü il tarixdə el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar və onların nikahlarından dörd uşaqları anadan olmuşdur. X12 16 noyabr 2018 -ci il tarixdə ev şəraitində anadan olmuşdur. Həqiqətən də Fəxrəddin Yusifin atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək göstərdi ki, Ərizəçi2 onun doğma qardaşı, Ərizəçi1 isə qardaşı Fəxrəddinin arvadıdır. Ərizəçi2 və Ərizəçi1 2013-cü il tarixdə el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar və onların nikahlarından dörd uşaqları anadan olmuşdur. X12 16 noyabr 2018 -ci il tarixdə ev şəraitində anadan olmuşdur. Həqiqətən də Fəxrəddin Yusifin atası, Ayşən isə anasıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 03-16-5/8-K-15-174/2023 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları»nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və 16 noyabr 2018-ci ildə doğulmuş övladının doğumu barədə akt qeydi aşkar olunmamışdır. Kifayət qədər əsaslar olmadığı üçün X1 doğum haqqında akt qeydinin bərpası rayon qeydiyyat şöbəsində mümkün deyil və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi1 16 noyabr 2018-ci il tarixdə doğum evinə aparmaq mümkün olmadığı üçün Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ata evində doğuş baş tutmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 nikahlarını 30 dekabr 2023-cü il tarixdə rəsmiləşdirmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2013-cü ildə X2, xx.xx.2015-ci il tarixdə X4 və 16 mart 2022-ci il tarixdə X6 anadan olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlu X5 16 noyabr 2018-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ev şəraitində anadan olmuş, onun doğumu ilə bağlı doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçilərin uşağının 16 noyabr 2018-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində doğumu ilə bağlı doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmalıdır. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlu X1 16 noyabr 2018-ci il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində doğumunun qeydə alınması ilə bağlı hüquqi fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1695/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1695/2024
07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver