Məhkəmə qərarları › İş №2(017)-1732/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1732/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1732/2023 02.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəmədə “inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia qaldıraraq Cavabdeh 1355 manat məbləğində pulun və ödənilmiş 33,55 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli MAS-2896 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı sonuncunun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli 2(017)-1626/2022 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilərək, cavabdehdən ümumilikdə 1837,88 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X1 tərəfindən inzibati qaydada cərimə olunmuşdur. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir: EQ 10603240 nömrəli protokola görə 45 manat; EQ 10603237 nömrəli protokola görə 36 manat; EQ 10603234 nömrəli protokola görə 45 manat; EQ 10603221 nömrəli protokola görə 45 manat; İXP ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 80 manat təşkil edir. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 1355 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Ona görə də 1355 manat məbləğində pulun və ödənilmiş 33,55 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MAS-2896 nömrəli “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən lizinq alanın sifarişi etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlak muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, MAS-2896 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinqə verilmiş, İddiaçı MMC-yə məxsus “Khazar LX” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, həmin avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin AD 885873 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, 2021-ci ilin fevral ayından 2022-ci ilin iyul ayına kimi ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə EQ 10603240 nömrəli protokola görə 45 manat; EQ 10603237 nömrəli protokola görə 36 manat; EQ 10603234 nömrəli protokola görə 45 manat; EQ 10603221 nömrəli protokola görə 45 manat; İXP ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat cərimə yazılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2023cü il tarixdə tərtib olunmuş inzibati protokollara görə iddiaçı tərəfindən BDYPİ-nin hesabına ümumilikdə 1355 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-431.3-cü maddələrinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli, MAS-2896 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinqə verilmiş, İddiaçı MMC-yə məxsus “Khazar LX” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, həmin avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. 2021-ci ilin fevral ayından 2022-ci ilin iyul ayına kimi, yəni ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin sahiblik və istifadəsində olduğu müddət ərzində həmin avtomobilə EQ 10603240 nömrəli protokola görə 45 manat; EQ 10603237 nömrəli protokola görə 36 manat; EQ 10603234 nömrəli protokola görə 45 manat; EQ 10603221 nömrəli protokola görə 45 manat; İXP ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ ******* nömrəli protokola görə 16 manat cərimə yazılmışdır. Tərtib olunmuş inzibati protokollar üzrə cərimələrə görə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə BDYPİ-nin hesabına ümumilikdə 1355 manat vəsait ödənilmişdir. Ona görə də Cavabdeh İddiaçı MMC-yə 1355 manat məbləğində borcu yaranmışdır. Cavabdeh həmin məbləği hal-hazıradək iddiaçıya qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia təmin edilməli və Cavabdeh 1355 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 33,55 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 33,55 manat dövlət rüsumu da cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1355 manat və dövlət rüsumuna görə ödənilmiş 33,55 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar