Məhkəmə qərarları › İş №2(017)-1732/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1732/2025

18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1732/2025 18.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X4, Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1961-ci tarixdə Xocavənd rayonu, Qurapatkin kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə göndərərək, doğulduğu yeri Ağcabədi rayonunun Üzeyirkənd kəndi kimi yazılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 1961-ci tarixində Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuşdur. X2, anası X5 olmuşdur. Şəxsiyyət vəsiqəsi olsa da, valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığını və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də məhkəməyə ünvanladığı məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma kiçik bacısıdır. Bacısı Ərizəçi xx xxxx 1961-ci tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuşdur. Ərizəçi X2, anası isə X1r. Onlar evdə 5 uşaq olmuşlar. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X3 və X8, şahid MamedovSüleyman Ədil oğlunun vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1961-ci tarixdə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 noyabr 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 arasında nikaha 25 dekabr 1996-cı tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qrydiyyat Şöbəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, № 3-16-5/8-15-M-1271/2024 məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılaraq doğum faktının müəyyən edilməsi mümkün olmadığından məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxxx 1961-ci il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi xx xxxx 1961-ci il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində doğumu ilə bağlı doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1961-ci tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar