Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1761/2024 24.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, ərizəçilər X8 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər X8 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər X8 və Ərizəçi2 doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi2 ilə 2014-cü ildə nikaha daxil olmuş, nikahları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Onların üç qız uşaqları anadan olmuşdur. Sonuncu qızı Hicran xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Hindarx qəsəbə xəstəxanasında anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı forma 103 olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hicranın doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Artıq 7 yaşındadır, məktəbə getməlidir. Ona görə də onun xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Hindarx qəsəbə xəstəxanasında Nuriyeva Hicran Ricay qızı adlı uşağının doğulması və atası Ərizəçi2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X1 Ricay Şakir oğlu ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların üç qız uşaqları anadan olmuşdur. Qızları Hicran xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Hindarx qəsəbə xəstəxanasında anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı “forma 103” olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hicran hal-hazırda sağlamdır, valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İ 976463 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi2 nikahları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İşdə olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüqauqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli ibbi arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş Nuriyeva Hicran Ricay qızı həkim müayinəsindən keçmiş, hal-hazırda sağlamdır. İşdə olan Ağcabədi rayon Hindarx qəsəbə həkim məntəqəsinin verdiyi dəyişmə vərəqəsindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Hindarx qəsəbə xəstəxanasında doğuş keçirmiş, cinsi - qız uşağı anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğum haqqında tibbi arayış olmadığına görə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 Ərizəçi2 ilə olan nikahlarından xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Hindarx qəsəbə xəstəxanasında qız uşağı doğulmuş, uşağa Hicran adı verilmiş, hal-hazırda uşaq sağlamdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Hindarx qəsəbə xəstəxanasında Nuriyeva Hicran Ricay qızı adlı uşağının doğulması faktı müəyyən edilsin. Doğum akt qeydində atası - Ərizəçi2, anası - X8 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1761/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1761/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver