Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1785/2024 05.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 və İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10rşı “işdən kənarlaşdırma və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş pulun alınıb verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10rşı “işdən kənarlaşdırma və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin mediasiya üçün ödənilmiş pulun alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək izahatında göstərdi ki, 05 fevral 1992-ci il tarixdə Bakı şəhərindəki X8 X1 şöbəsinə daxil olmuş, 05 fevral 1993-cü il tarixdə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İmtahan Komissiyasının qərarı ilə 08 fevral 1993-cü il tarixdən ona tibb bacısı ixtisası verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2006-cı il tarixli 34 saylı əmri ilə Avşar kənd həkim məntəqəsinə tibb bacısı təyin edilmişdir. İşlədiyi müddətdə fəal, nümunəvi, bacarıqlı tibb bacısı kimi həm işlədiyi kollektivin, eləcə də camaatın dərin rəğbətini qazanmışdır. İstər pandemiya, istərsə də ikinci Qarabağ Vətən müharibəsi dövründə əhaliyə yüksək səviyyədə tibbi yardım göstərmiş, hətta pandemiya dövründəki xidmətlərinə və fəaliyyətinə görə əlavə əmək haqqı da almışdır. Lakin bütün bunlara baxmayaraq, Ağcabədi Rayon Mərkəzi X5 Şəxsin direktoru Təranə xanım Məmmədova heç bir qanuni, zəruri, əsaslı səbəb olmadan qüvvədə olan mövcud qanunları kobud şəkildə pozaraq xx.xx.2023-cü il tarixli, K-2566 saylı əmrlə onu vəzifəsindən kənarlaşdırmışdır. Hansı ki, onun əmrdə istinad etdiyi maddələr onu vəzifədən kənarlaşdırmağa əsas ola bilməz. Çünki birincisi, bu maddələr tibb kursunu bitirdiyinə görə ona aid deyil. Həmin maddələr yalnız və yalnız praktik tibb və əczaçılıq işində fəaliyyət göstərən şəxslərə aiddir. Praktik tibb işçisi anlayışı tibb işçisi anlayışından kəskin surətdə fərqlənən məfhumdur. Praktik sözü öz işini təcrübi cəhətdən yaxşı bilən, ixtisası üzrə böyük təcrübəsi olan şəxs başa düşülür. Bu baxımdan praktik tibb işçisi dedikdə həkimlər və orta ixtisaslı tibb işçisi nəzərdə tutulur. Nədənsə bu cavabdehin nəzərindən qaçmış, bu səbəbdən də qanun pozuntusuna yol verilmişdir. İkincisi, əmrdə ciddi qanun pozuntusuna yol verilməsi bir də onunla sübut olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 saylı Ağcabədi Rayon Mərkəzi X5 Şəxsin rəhbərinə ünvanlandığı məktubda qeyd olunur ki, tibb kursunu bitirənlərin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyrimümkündür. Göründüyü kimi cavabdeh Nazirliyin bu tələb və göstərişinə, eləcə də digər qanunlara əməl etməyərək onu əsassız və qanunsuz olaraq yuxarıda sözügedən əmrlə xx.xx.2023-cü il tarixdən 6 (altı) ay müddətinə iş yerini saxlamaqla işdən kənarlaşdırmışdır. Bir daha təkrarən qeyd edir ki, bu tələb və göstərişlər ali və orta ixtisaslı tibb işçiləri üçündür. Tibb kursunu qurtaranlara aid deyildir. Üçüncüsü, cavabdeh daha bir səbəbə əsaslanaraq, yəni onu TƏBİB-in xx.xx.2023-cü il tarixli, PHŞ-6/2-6380/2023 saylı məktubuna əsaslanaraq işdən kənarlaşdırmışdır. Bu məktubda onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Hər bir dövlət müəssisələrində işləyən şəxslərin sertifikasiyadan keçməsi qanunla müəyyənləşdirilib. Məhz elə buna görə də sertifikasiyadan keçmək üçün müəssisə rəhbərinin göndərişi mütləqdir. Göndəriş olmadan heç bir şəxsin sertifikasiyadan keçməsinə qanun yol vermir. Belə olan halda sertifikasiyadan keçməməyi onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Bu da cavabdehin bir daha mənə verdiyi əmrinin qanunsuz olduğunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Ali qanunun qeyd olunan norması insan və vətəndaşların hüquq və azadlıqlarını, xüsusən qanuni mənafeylərinin qanun çərçivəsində sosial ədalətin bərpasına, iş qabiliyyətinin səmərəli realizasiyasına yönəlmiş hüquqi bir fəaliyyət istiqamətini əks elətdirir. Hüquqi dövlətin əsas əlamətlərindən biri vətəndaş cəmiyyətinin bərqərar olmasına xüsusi rol oynayan insan resuslarından əmək qabiliyyətinin istər təhsil, səhiyyə, istərsə də iqtisadi sahələri köklü inkişafa səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62, 76, 79, 84-cü maddələrində işçinin işdən kənar edilməsinin əsasları ayrı-ayrılıqda göstərilmiş və cavabdehin onu işdən kənarlaşdırılması həmin maddələrdə öz əksini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün mediasiya xidməti üçün pul da ödəmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə, əsasən, işsiz qalan ayların pulları ödənilməlidir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında qarşı tərəfin nümayəndəsi izahatında göstərdi ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. Verilən əmrdən onun məlumatı olmamış, onunla sonuncu haqq-hesab çəkilməmiş, əmək kitabçası doldurularaq ona təhvil verilməmişdir. Onun barəsində tutduğu vəzifəyə uyğun gəlmədiyinə dair səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməmiş, həmin qəbul olunmuş qərarla tanış edilərək ona heç bir məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi X4 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmrinə əsasən tutduğu vəzifəsindən 6 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Eyni zamanda “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövrü olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 Səhiyyə Nazirliyinə müraciət edərək bir qrup işçinin sertifikasiyadan keçirilməsini xahiş edib. Ona görə də İddiaçı 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilməsi üçün kursa göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 nömrəli məktubunda İddiaçı təhsil aldığı müəssisə orta ixtisaslı tibb təhsil müəssisəsi hesab edilməməsi səbəbindən onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməsi qeyri-mümkün hesab edilmişdir. İddiaçı təhsili uyğun olmadığından və sertifikasiyadan keçə bilməməsi səbəbindən ona qeyri-tibb işləri təklif olunmuş, lakin İddiaçı ona təklif olunan işi qəbul etmədiyindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası” qaydasına, Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Həmin müddətdə İddiaçı sertifikasiyadan keçmədiyinə görə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçı iddia müddətini də buraxmışdır. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı barəsində verilmiş əmr xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş və bu barədə İddiaçı poçt vasitəsilə ünvanına bildiriş göndərilərək məlumat verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu tarixə qədər tibb xidmətindən kənarlaşdırılması, üstəlik əmək haqqı almaması barədə iddiaçının məlumatsız olması isə heç də ağlabatan deyildir. İddiaçı mediasiyaya qədər və mediasiya bitdikdən sonra hər iki dövrdə iddia müddətini ötürmüşdür. Ona görə də iddia tələbinə müddət tətbiq olunmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi X4 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş 000791 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhəri, X6 X1 şöbəsinə daxil olmuş, həmin kursu xx.xx.1993-cü il tarixdə tibb bacısı ixtisası üzrə təhsil proqramının tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona xx.xx.1993-cü il tarixdən tibb bacısı ixtisası verilmişdir. İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2006-cı il tarixli 34 saylı əmri ilə Avşar kənd xəstəxanasına (həkim məntəqəsinə) tibb bacısı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Əsas: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023cü il tarixli 3-28/2-5196/2023 nömrəli, TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubları. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış orta tibb işçisi vəzifəsində işləyən 46 nəfər şəxs barəsində məktuba baxılmış və qeyd olunmuşdur ki, məktubda adları qeyd olunan 32 nəfər şəxsin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Məktubda adları qeyd olunan 32 nəfər şəxs qeyri-tibb vəzifəsində işləyə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X14 ünvanlandığı xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubunun surətindən görünür ki, TƏBİB-ə ünvanlanmış müraciət aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlərin görülməsi tibb müəssisəsi rəhbərinin səlahiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1- 645/2024 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Avşar kənd həkim məntəqəsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, Mediasiya Təşkilatının mediatoruna müraciət olunmuş, İMS-in xərcinin məbləğini təşkil edən 50 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsi, 67- 1-ci maddəsi və 70-ci maddəsinin “c” maddəsinin təşkil etdiyini göstərir. Məhkəmə mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. İ İddiaçının tələblərinin əsası kimi göstərdiyi hallar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddia tələbinin əsasını xx.xx.2023-cü il tarixli, K-2566 saylı vəzifədən kənarlaşdırma və xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərin ləğvi, işə bərpa və vəzifədən kənarlaşdırıldığı dövrdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. Əmrlərin ləğvi əsas, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı isə ondan törəmə tələblər kimi qəbul edilir. İddiaçı iddia edir ki, o, 05 fevral 1992-ci il tarixdə Bakı şəhərindəki X8 X1 şöbəsinə daxil olmuş, 05 fevral 1993-cü il tarixdə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İmtahan Komissiyasının qərarı ilə 08 fevral 1993-cü il tarixdən ona tibb bacısı ixtisası verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2006-cı il tarixli 34 saylı əmri ilə Avşar kənd həkim məntəqəsinə tibb bacısı təyin edilmişdir. Ağcabədi Rayon Mərkəzi X5 Şəxsin direktoru Təranə Məmmədova heç bir qanuni, zəruri, əsaslı səbəb olmadan qüvvədə olan mövcud qanunları kobud şəkildə pozaraq xx.xx.2023-cü il tarixli, K-2566 saylı əmrlə onu vəzifəsindən kənarlaşdırmışdır. Hansı ki, onun əmrdə istinad etdiyi maddələr onu vəzifədən kənarlaşdırmağa əsas ola bilməz. Əvvəla bu maddələr tibb kursunu bitirdiyinə görə ona aid deyil. Həmin maddələr yalnız və yalnız praktik tibb və əczaçılıq işində fəaliyyət göstərən şəxslərə aiddir. Praktik tibb işçisi anlayışı tibb işçisi anlayışından kəskin surətdə fərqlənən məfhumdur. Praktik sözü öz işini təcrübi cəhətdən yaxşı bilən, ixtisası üzrə böyük təcrübəsi olan şəxs başa düşülür. Bu baxımdan praktik tibb işçisi dedikdə həkimlər və orta ixtisaslı tibb işçisi nəzərdə tutulur. Nədənsə bu cavabdehin nəzərindən qaçmış, bu səbəbdən də qanun pozuntusuna yol verilmişdir. İkincisi, əmrdə ciddi qanun pozuntusuna yol verilməsi bir də onunla sübut olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 saylı Ağcabədi Rayon Mərkəzi X5 Şəxsin rəhbərinə ünvanlandığı məktubda qeyd olunur ki, tibb kursunu bitirənlərin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Göründüyü kimi cavabdeh Nazirliyin bu tələb və göstərişinə, eləcə də digər qanunlara əməl etməyərək onu əsassız və qanunsuz olaraq yuxarıda sözügedən əmrlə xx.xx.2023-cü il tarixdən 6 (altı) ay müddətinə iş yerini saxlamaqla işdən kənarlaşdırmışdır. Bir daha təkrarən qeyd edir ki, bu tələb və göstərişlər ali və orta ixtisaslı tibb işçiləri üçündür. Tibb kursunu qurtaranlara aid deyildir. Üçüncüsü cavabdeh daha bir səbəbə əsaslanaraq, yəni onu TƏBİB-in xx.xx.2023cü il tarixli, PHŞ-6/2-6380/2023 saylı məktubuna əsaslanaraq işdən kənarlaşdırmışdır. Bu məktubda onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Hər bir dövlət müəssisələrində işləyən şəxslərin sertifikasiyadan keçməsi qanunla müəyyənləşdirilib. Məhz elə buna görə də sertifikasiyadan keçmək üçün müəssisə rəhbərinin göndərişi mütləqdir. Göndəriş olmadan heç bir şəxsin sertifikasiyadan keçməsinə qanun yol vermir. Belə olan halda sertifikasiyadan keçməməyi onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Bu da cavabdehin bir daha onun barəsində verdiyi əmrinin qanunsuz olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62, 76, 79, 84-cü maddələrində işçinin işdən kənar edilməsinin əsasları ayrı-ayrılıqda göstərilmiş və cavabdehin onu işdən kənarlaşdırılması həmin maddələrdə öz əksini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün mediasiya xidməti üçün pul da ödəmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə, əsasən, işsiz qalan ayların pulları ödənilməlidir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında qarşı tərəfin nümayəndəsi izahatında göstərdi ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. Verilən əmrdən onun məlumatı olmamış, onunla sonuncu haqq-hesab kəsilməmiş, əmək kitabçası doldurularaq ona təhvil verilməmişdir. Onun barəsində tutduğu vəzifəyə uyğun gəlmədiyinə dair səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməmiş, həmin qəbul olunmuş qərarla tanış edilərək ona heç bir məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edib işdən çıxarıldığı müddətdən məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmrinə əsasən tutduğu vəzifəsindən 6 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Eyni zamanda “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövrü olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 Səhiyyə Nazirliyinə müraciət edərək bir qrup işçinin sertifikasiyadan keçirilməsini xahiş edib. Ona görə də İddiaçı 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilməsi üçün kursa göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2-5196/2023 nömrəli məktubunda İddiaçı təhsil aldığı müəssisə orta ixtisaslı tibb təhsil müəssisəsi hesab edilməməsi səbəbindən onun tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçməsi qeyri-mümkün hesab edilmişdir. İddiaçı təhsili uyğun olmadığından və sertifikasiyadan keçə bilməməsi səbəbindən ona qeyri-tibb işləri təklif olunmuş, lakin İddiaçı ona təklif olunan işi qəbul etmədiyindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası” qaydasına, Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Həmin müddətdə İddiaçı sertifikasiyadan keçmədiyinə görə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçı iddia müddətini də buraxmışdır. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı barəsində verilmiş əmr xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş və bu barədə İddiaçı poçt vasitəsilə ünvanına bildiriş göndərilərək məlumat verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu tarixə qədər tibb xidmətindən kənarlaşdırılması, üstəlik əmək haqqı almaması barədə iddiaçının məlumatsız olması isə heç də ağlabatan deyildir. İddiaçı mediasiyaya qədər və mediasiya bitdikdən sonra hər iki dövrdə iddia müddətini ötürmüşdür. Ona görə də iddia tələbinə müddət tətbiq olunmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli, K-2566 saylı vəzifədən kənarlaşdırma haqqında əmrin ləğv edilməsi ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunduğuna görə xx.xx.2023-cü il tarixdən 06 ay müddətinə iş yeri saxlanılmaqla işdən kənarlaşdırılmışdır. Əsas kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023cü il tarixli 3-28/2-5196/2023 nömrəli, TƏBİB-in xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktubları göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə görə (İşçinin işdən kənar edilməsi)
1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinə görə (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası):
1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.
4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.
5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. İşəgötürən, hazırkı iş üzrə cavabdeh Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli əmri işçinin, yəni İddiaçı vəzifədən kənarlaşdırılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: - mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Göründüyü kimi, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır. Məhkəmə onu da nəzərdən qaçırmır ki, maddənin məzmununda işçinin işdən kənarlaşdırılması üçün konkret olaraq 4 hal müəyyən edilmişdir. Hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, K-2566 saylı əmrdə də İddiaçı işdən kənarlaşdırılmasının əsası kimi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan keçməyən işçi hesab olunması göstərilmişdir. Halbuki işəgötürənin İddiaçı işdən kənarlaşdırılması barədə əmrdə istinad etdiyi hal qanundan irəli gələn hal deyildir və işə götürən öz mülahizəsi əsasında işçinin sertifikasiyadan keçməyən işçi olması ilə onu qanunsuz olaraq işdən kənarlaşdırmış və nəticədə işçinin maddi və mənəvi olaraq məhrumiyyətlərə məruz qoymuşdur. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinə əsaslanmaqla vurğulayır ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır. (Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarı) Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Avşar kənd həkim məntəqəsində tibb bacısı (qardaşı) vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin əsaslara tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur. Adı çəkilən maddədən görünür ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi işəgötürən işçini sertifikasiyadan keçməyən işçi olması əsası ilə ilk əvvəl xx.xx.2023-cü il tarixdə 6 ay müddətinə vəzifədən kənarlaşdırmış, daha sonra 10 iyun 2024-cü il tarixdə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçini tutduğu vəzifədən azad etmiş və bu barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini göstərmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsindən də görünür ki, bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli 3-28/2- 5196/2023 nömrəli və xx.xx.2023-cü il tarixli PHŞ-6/2-6380/2023 nömrəli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış orta tibb işçisi vəzifəsində işləyən 46 nəfər şəxs barəsində məktuba baxılmış və qeyd olunmuşdur ki, məktubda adları qeyd olunan 32 nəfər şəxsin təhsil aldıqları müəssisələr orta ixtisas tibb təhsil müəssisəsi hesab edilmir. Bu səbəbdən onların tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçmələri qeyri-mümkündür. Məktubda adları qeyd olunan 32 nəfər şəxs qeyri-tibb vəzifəsində işləyə bilərlər. Həmçinin TƏBİB-ə ünvanlanmış müraciət aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlərin görülməsi tibb müəssisəsi rəhbərinin səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərar işəgötürənin deyil bu barədə qərar qəbul etmək səlahiyyətinə malik olan orqanın qərarı əsasında müəyyən edilməli, daha sonra işəgötürən həmin qərara istinad etməklə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməlidir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən orqan Səhiyyə Nazirliyi olduğundan işəgötürən ilk əvvəl bu haqda Səhiyyə Nazirliyinə müraciət etməli, Səhiyyə Nazirliyinin işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə qərarı olduğu halda işəgötürən həmin qərara istinad etməli idi. Lakin iş materiallarından da görünür ki, Səhiyyə Nazirliyinin İddiaçı barəsində belə bir qərarı olmamış, yalnız onun sertifikasiyadan keçməsinin qeyri-mümkün olması qeyri-tibb vəzifəsində işləyə bilməsi göstərilmişdir. Göründüyü kimi işəgötürənin xx.xx.2024-cü il tarixli 18-1-23/3-1-645/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri də qanunsuz olmuş, işəgötürən işçi ilə əmək müqaviləsini xitam verərkən qanunvericiliyin imperativ şərtlərini gözləməmiş, Səhiyyə Nazirliyinin bu barədə qərarını almadan əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrinin ləğv edilməsi barədə tələbləri əsaslı olduğundan həmin tələblərdən irəli gələn işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbləri də əsaslıdır və təmin edilməlidir. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin keçməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cavabdeh iddia müddətinin keçməsi barədə dəlilini belə əsaslandırmışdır ki, iddiaçı barəsində verilmiş əmr xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş və bu barədə İddiaçı poçt vasitəsilə ünvanına bildiriş göndərilərək məlumat verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2024-cü il tarixdə verilmişdir. Bu tarixə qədər tibb xidmətindən kənarlaşdırılması, üstəlik əmək haqqı almaması barədə iddiaçının məlumatsız olması isə heç də ağlabatan deyildir. İddiaçı mediasiyaya qədər və mediasiya bitdikdən sonra hər iki dövrdə iddia müddətini ötürmüşdür. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə vəzifədən kənarlaşdırıldıqdan sonra sertifikasiyadan keçmək üçün müraciət etmiş, sonradan ona məlum olmuşdur ki, ümumiyyətlə o sertifikasiyadan keçə bilməz. Bundan sonra iddiaçı dərhal iddia qaldıraraq ilk əvvəl xx.xx.2023-cü il tarixli əmri mübahisələndirmiş, daha sonra işdən azad olunduğunu və əmək müqaviləsinə xitam verildiyini öyrəndikdən sonra iddianın həcminin artırılması barədə ərizə verərək, xx.xx.2024-cü il tarixli əmri də mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı hüququnun pozulduğunu bildiyi andan məhkəmə 1 ay ərzində müraciət etmiş və hər iki əmri də qanunla müəyyən edilən müddətdə mübahisələndirmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına qanunvericiliyi tətbiq edərək belə nəticəyə gəlir ki, işəgötürən Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara əməl etmədiyinə və işdən kənarlaşdırmanın zəruriliyini əsaslandırmadığına görə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrləri ləğv edilməli və İddiaçı işdən kənarlaşdırıldığı tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibbi bacısı vəzifəsinə bərpa olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 mediasiya xərcinə görə ödənilmiş 50 manat pulun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli, K-2566 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1-645/2024 nömrəli əmrləri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 Avşar kənd həkim məntəqəsinin tibbi bacısı vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 mediasiya xərcinə görə ödənilmiş 50 manat pulun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Quliyev