Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1788/2024 16.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X1 20 mart 1960-cı il tarixdə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayır. Mərhum anası X5 20 mart 1960-cı il tarixdə doğulmuş və 28 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Anasını kənd qəbiristanlığında dəfn etmişlər. Sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, anasının doğum haqqında şəhadətnaməsi yoxdur. Doğum haqqında şəhadətnamələrin alınması üçün Maraqlı şəxsnə və digər orqanlara müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda anasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün anasından miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Ona görə də göstərdiklərini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəflər Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin anası X5 20 mart 1960-cı il tarixdə anadan olmuş və 28 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum X2 doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin anası X5 20 mart 1960-cı il tarixdə anadan olmuş və 28 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum X2 doğum haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli məktubdan görünür ki, 20 mart 1960-cı il tarixdə doğulmuş X1 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 iyun 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1988-ci il tarixdə anadan olmuş, onun atası X8, anası isə X3r. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidin ifadəsindən göründüyü kimi 20 mart 1960-cı il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində doğulmuş X5 28 iyun 2016-cı il tarixdə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində vəfat etmiş, lakin mərhuma doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda da ərizəçi anasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün anasından miras qalmış əmlaka vərəsəlik haqqında çəhadətnamə ala bilmir və bu səbəbdən də ərizəçi anasının doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, X1 20 mart 1960-cı il tarixdə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 28 iyun 2016-cı il tarixdə vəfat etmiş X1 20 mart 1960-cı il tarixdə Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1788/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1788/2024
16.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver