Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1792/2025 21.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi sahiblikdə olan avtomobilə mülkiyyət hüququnun tanınmasına dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi sahiblikdə olan avtomobilə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izahatında göstərdi ki, 2000-ci ildə Maraqlı şəxs2 QAZ-53 markalı, tipi su çəni, mühərrik nömrəsi MT280 nömrəsiz silinmə, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili 1990-cı il olan avtomobil almışdır. Həmin avtomobil artıq 25 ildir onun istifadəsində və sahibliyindədir. Hazırda həmin avtomobili qeydiyyata aldırmaq və öz adına sənədləşdirmək üçün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin X1 İmtahan və X6 müraciət etmiş, ancaq həmin avtomobilin dövlət nömrə nişanı, qeydiyyat şəhadətnaməsi və eləcədə ona məxsus olması barədə müvafiq sənədləri olmadığından X1 İmtahan və X7 avtomobili sənədləşdirə bilməmişdir. Avtomobil hazırda axtarışda və həbsdə deyildir. Odur ki, ona məxsus avtomobilin sənədləşdirilməsini X1 İmtahan və X4 həyata keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də QAZ-53 markalı, tipi su çəni, mühərrik nömrəsi MT280 nömrəsiz silinmə, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili 1990-cı il olan avtomobil üzərində onun mülkiyyət hüququnun tanınması və həmin avtomobil üzərində onun mülkiyyət hüququ barədə qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin X1 İmtahan və X6 həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək göstərdi ki, 1999-cu ildə kolxozdan əmlak payı kimi QAZ-53 markalı, tipi su çəni, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili 1990-cı il olan avtomobil almışdır. Həmin avtomobili 2000-ci ildə Ərizəçi o vaxt ki, pulla 90 manata satmış və avtomobili onun sahibliyinə və istifadəsinə vermişdir. Avtomobilin texniki pasportu və dövlət nömrə nişanı olmadığı üçün aralarında alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Lakin, artıq 25 ildir QAZ-53 markalı, tipi su çəni olan avtomobil Ərizəçi istifadəsində və sahibliyindədir. Əvəzə qarşı onun avtomobillə bağlı hər hansı bir tələbi və şikayəti və yaxud mübahisəsi yoxdur. Ona görə də ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin X1 İmtahan və X5 rəisə məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, əmlakdan pay haqqının verilməsi barədə 20 nömrəli aktdan görünür ki, Beyləqan rayon, Şəhriyar adına kolxozun yerli aqrar islahat komissiyası təsərrüfatdan QAZ 53 markalı avtomobili əmlak payı kimi Maraqlı şəxs2 vermişdir. Bu barədə əmlakdan pay haqqının verilməsinə dair xx.xx.1998-ci il tarixli 20 nömrəli akt tərtib edilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon, Şəhriyar adına kolxoza məxsus QAZ 53 markalı, 0029 AQX dövlət nömrə nişanlı avtomobilin nömrə nişanları köhnə nümunəli olduğu üçün dəyişdirilməsi üçün qabaq nömrə nişanı açılıb 6 saylı PQİQ-na göndərilmişdir. Bu barədə Beyləqan RPŞ-nin DYPBnin YPX-nin müfəttişi və sürücünün iştirakı ilə xx.xx.1998-ci il tarixli akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.1998-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon, Şəhriyar adına İstehsalat Kooperativinin balansında olan QAZ 53 markalı, 0029 AQX dövlət nömrə nişanlı, buraxılışı 1990-cı il olan avtomobilin texniki talonu naməlum şəraitdə itmişdir (xx.xx.1998-ci il tarixli akt). İş materiallarında olan avtonəqliyyat vasitəsinin 1999-cu il yanvar ayı tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Beyləqan rayon, Şəhriyar adına İstehsalat Kooperativi ilə alıcı Maraqlı şəxs2 arasında 1999-cu ilin yanvar ayında bağlanmış avtonəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən QAZ 53 markalı, 0029 AQX dövlət nömrə nişanlı, buraxılışı 1990-cı il, mühərrik 251098, şassi 1283069, kuza 1124 olan avtomobil (xx.xx.1991-ci il tarixdə Fizuli rayon DYP-i tərəfindən VX seriyalı 143696 nömrəli texniki pasport verilmişdir) Beyləqan rayon, Şəhriyar adına İstehsalat Kooperativi tərəfindən Maraqlı şəxs2 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin X1 İmtahan və X5 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, QAZ 53 markalı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sözügedən nəqliyyat vasitəsinin QAZ 53 yük markalı olduğu, tipi su çəni, mühərrik nömrəsi MT280 nömrəsiz silinmə, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili müəyyən olunmamış, istifadəyə yararlı olmaqla saz vəziyyətdədir. Eyni zamanda nəqliyyat vasitəsinin qeydiyyatda olması, sahibi üzərində hər hansı bir məhdudiyyət, axtarışda olubolmamsı barədə məlumat Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sistemində mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 2000-ci ildə əldə etdiyi QAZ-53 markalı, tipi su çəni, mühərrik nömrəsi MT280 nömrəsiz silinmə, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili 1990-cı il olan nəqliyyat vasitəsinin faktiki sahibidir. Avtomobili əldə edən zaman hüquqa zidd əməli olmamışdır. Müvafiq sənədin olmaması səbəbindən ərizəçinin qanuni yolla əldə etdiyi əmlakdan istifadə etmək hüququ faktiki olaraq məhdudlaşmışdır. Əmlakdan istifadə etmək və yaxud sahiblik etmək mülkiyyət hüququnun tərkib hissəsi kimi çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə qorunmalıdır. Həmin maddədə deyilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatına alınır. Həmin Qanunun 32-ci maddəsində qeyd olunur ki, Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 39 nömrəli, 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.3-cü bəndində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq maddələrdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. Azərbaycan Respublikası MPM-in 307.2.11-cı maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüququ əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hazırkı məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, QAZ-53 markalı, tipi su çəni, mühərrik nömrəsi MT280 nömrəsiz silinmə, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili 1990-cı il nəqliyyat vasitəsi olan avtomobil üzərində ərizəçinin mülkiyyət hüququ tanınmalıdır. Həmin avtomobil üzərində Ərizəçi mülkiyyət hüququ barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin X1 İmtahan və X6 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. QAZ-53 markalı, tipi su çəni, mühərrik nömrəsi MT280 nömrəsiz silinmə, şassi nömrəsi XTN**********33069, rəngi tünd göy, buraxılış ili 1990-cı il olan avtomobil üzərində Ərizəçi mülkiyyət hüququ tanınsın. Həmin avtomobil üzərində Ərizəçi mülkiyyət hüququ barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin X1 İmtahan və X6 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1792/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1792/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver