Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1799/2023 06.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə Torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə Ağcabədi şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən ümumi sahəsi 2,63 ha torpaq sahəsinin paylara uyğun olaraq ona aid hissənin naturada bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən 2,63 ha torpaq sahəsi 4 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən onun paylı mülkiyyətinə verilmişdir. Buna dair onların adlarına Torpağa mülkiyyət hüququna dair JN 276 kod 60807028 nömrəli dövlət aktı verilmişdir. Onlar bir ailənin üzvləri olmuşlar. Onların payları müəyyən olunsa da naturada ayrılmamışdır. Sonradan ailə qurub və ərinin soyadını götürüb. Cavabdehlər Cavabdeh1 atası, Cavabdeh2 anası və Cavabdeh3 isə onun qardaşıdır. Cavabdehlərlə aralarında mübahisə yaranmış, bu səbəbdən torpağı bir yerdə əkib-becərə bilmirlər. Payların ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiklərinə görə torpağın naturada bölünməsi və sənədləşdirilməsi mümkün olmamışdır. Payına düşən torpaq sahəsi bir tərəfdən bölünərək ona təhvil verilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 276 kod 60807028 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində 2,63 ha torpaq sahəsi 4 nəfərdən ibarət ailə üzvlərinə, o cümlədən İddiaçı paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində mülkiyyətçilərin payı bərabər olmaqla, hər birinin payı 0,6575 ha təşkil edir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, XVİ-jq 308326 nömrəli doğum və AZ-İİ 079422 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, xx.xx.2016-cı nikaha daxil olduqdan sonra ona “Əsədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 213.1 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək Torpağa mülkiyyət hüququna dair JN 276 kod 60807028 nömrəli dövlət aktına əsasən verilmiş, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 2,63 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,6575 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) ona təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 276 kod 60807028 nömrəli dövlət aktına əsasən verilmiş, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 2,63 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,6575 ha torpaq sahəsi (torpaq sahəsinin ölçü plan-cizgisinə uyğun olaraq sərhədləri müəyyən olunaraq bir tərəfdən) naturada bölünərək (ayrılaraq) ona təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1799/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1799/2023
06.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver