Məhkəmə qərarları › İş №2(017)-18/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-18/2023

18.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-18/2023 18.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən iddiaçıya və ailə üzvlərinə Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair adlarına Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktı verilmişdir. Cavabdeh iddiaçıya və onun ailəsinə məxsus 2,73 ha torpaq sahəsini qanunsuz olaraq tutub istifadə edərək ona öz torpağından sərbəst istifadə etməsinə maneələr yaradır. Torpaqdan çıxmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən sərbəst istifadə olunmasına maneə olur və bildirir ki, həmin torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini əkib-becərməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdehin törətdiyi maneələri ardan qaldırmaq mümkün olmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ona verilmiş torpaq sahəsindən sərbəst istifadə etmək istəyir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən onların sərbəst istifadə etmələrinə maneçilik törədir. Ona görə də iddianın təmin edilərək cavabdehin iddiaçıya və ailə üzvlərinə məxsus 2,73 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 3 nəfərə, o cümlədən İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli, 10/196 nömrəli ekspert rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Qeyd olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən 2,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 3 nəfərə, o cümlədən İddiaçı məxsusdur. Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsinin bütünlüklə Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Tərəflər arasında mübahisəli torpaq sahəsinə dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da qanunsuz və əsasız olaraq iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan, yəni 2,73 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmaqla, sonuncu mülkiyyətçinin mülkiyyət hüquqlarına qəsd etmiş və onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-954/2022 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 19 manat məbləğində pul İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 19 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Torpağa Mülkiyyət Hüququna dair JN 0006 kod 60801018 nömrəli Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayon keçmiş T.İsmayılov adına təsərrüfatın ərazisində yerləşən 2,73 ha torpaq sahəsindən çıxarılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 19 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar